"Zirə"ni keçməyə qadirik" - "Astra"nın baş məşqçisi

"Zirə"ni keçməyə qadirik" -  "Astra"nın baş məşqçisi
ÖLKƏ FUTBOLU 10 İyul 2017 / 12:20 4099
-  A +

"Hazırkı komandanı formalaşdırmaq üçün cəmi üç həftə vaxtımız oldu. Komandama inanıram, amma aydın məsələdir ki, bəzi futbolçuların tam hazır olması üçün daha 2-3 həftəyə ehtiyacı var".

Qol.az-ın məlumatına görə, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Astra"nın baş məşqçisi Edvard Yordanesku Rumıniya mətbuatına açıqlamasında deyib.

Yoxlama oyununda "Snaqov"a 8:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirən baş məşqçi "Zirə" ilə oyunöncəsi bu qələbənin əhəmiyyətli olduğunu vurğulayıb: "Bizim "Zirə" ilə oyuna hazırlaşmağa az vaxtımız oldu. Şadam ki, vacib oyundan əvvəl yoxlama matçı keçirdik. Komandada çox müsbət məqamlar gördüm. Ümid edirəm ki,  Zirə” ilə matçda stadiona çox sayda azarkeş gələcək. Futbolçular belə qarşılaşmalarda dəstək hiss etməlidir. Mərhələ keçməyə qadir komandamız var".

Qeyd edək ki, “Astra” və “Zirə” arasında ilk oyun iyulun 13-də Rumıniyada keçiriləcək.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner