AFFA-nın baş katibi Elxan Məmmədov Avropa Liqasının I təsnifat məhələsində keçirilən “İnter” – “Mladost” oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
- Komandalarımız Avroliqanın ilk mərhələsində 4 oyunun hamısında qalib gəldi. Belə başlanğıc gözləyirdinizmi?
- Əslində keçən oyundakı qələbələrdən sonra bu nəticələri gözləyirdik. “Zirə”nin də səfərdə qələbə qazanması çox xoş oldu. Gözəl uğurdur, sevindirici haldır. Gələn həftədən mübarizəyə qoşulacaq “Qarabağ”a və “Qəbələ”yə uğur arzulayıram.
- “İnter”in “İnter Arena”dan uzaqlaşdırlacağı bildirilir. Komandanın son durumu necə olacaq?
- Sözün düzü, məsələ ilə bağlı geniş qeydim yoxdur. Bu, bizim üçün də sürpriz oldu. Amma əsas odur ki, çıxış yolu tapdıq. “İnter” ev oyunlarını “Dalğa Arena”da keçirəcək. Uşaq komandaları isə çox güman ki, Bakı Olimpiya Stadionunun məşq meydançalarında məskunlaşacaq. Ümumiyyətlə, “İnter”in uşaq komandalarını saxlamaq üçün kifayət qədər yerimiz var.
- “İnter”ə milli komandaların təlim-məşq toplanışları mane olmayacaq?
- Təbii ki, mane olacaq. Bunun üçün cədvələ yenidən baxmalıyıq. Və yenidən qrafik cızacağıq. Hazırda yaydır, avqustda əsas millinin toplanışı olacaq. Gənclər isə akademiyada toplanılıb.
- “Dalğa Arena” tam “İnter”in oldu?
- Xeyr, şərikli. Stadionun adı isə dəyişməyəcək.
- Son günlər AFFA-da işçilərin dava-dalaş salması haqda xəbərlər dolaşır...
- Bununla bağlı qeydim yoxdur. Çox yalan məlumat yayıblar. Doğru deyil, heç kim dava etməyib.
- Mübahisə də olmayıb?
- Hər işdə mübahisə olur. Söz mübahisəsi işdə baş verən hadisədir. Ərizə yazan olub, amma heç kim işdən kənarlaşdırılmayıb.
- Robert Prosineçki son günlər gözə dəymir.
- Hazırda tətildədir. Amma klublarımızın səfər matçlarını izləmək fikri var, çünki bizdən təqvimi almışdı.
- Robert Prosineçki ilə ilin sonunda başa çatacaq müqavilə uzadılacaq, yoxsa yeni məşqçi axtarışına start veriləcək?
- Bunun danışıqlarına oktyabrın sonlarında başlaya bilərik. “Bursaspor”la bağlı müzakirələr gedəndə söhbət etmişdik. Düşünürəm ki, oktyabrdan əvvəl müqavilə ilə bağlı söhbət etməyimiz məntiqə uyğun olmaz.
- İlk olaraq Prosineçki ilə danışıqlar aparılacaq, yoxsa başqa məşqçi ilə?
- Əvvəlcə Prosineçki ilə danışıq aparacağıq və onun müqavilə istəklərini İcraiyyə Komitəsinə bildərəcyik. İK-in hansı qərar verəcəyindən asılı olacaq.
- Millimizin sentyabrda iki oyunu olacaq. Bundan əvvəl yoxlama matçı keçiriləcək?
- Xeyr, olmayacaq. Çünki həmin vaxt milli çempionat davam edəcək. Milli komanda Bakıda toplaşacaq, oyuna iki gün qalmış Norveçə yollanacaq, oyun gecəsi də geri vətənə dönüb növbəti matça hazırlaşacaq.
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi
Xusanov ata oldu - Video
Ahmet Çakar “Qarabağ”ın epizodu haqda nə dedi?
"Xankəndi" bu dəfə 5 qolla qalib gəldi - Video
Salah "Liverpul"dan ayrılacağını açıqladı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?
Qrizmannın MLS-də oynayacağı rəsmiləşdi