"Neftçi"də yeni prezident

"Neftçi"də yeni prezident
ÖLKƏ FUTBOLU 6 İyul 2017 / 20:53 5765
-  A +

"Neftçi Peşəkar Futbol Klubu” Məhdud Məsuliyyətli Cəmiyyətində struktur dəyişikliyi edilib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, təsisçinin qərarı ilə icraçı direktor vəzifəsi ləğv edilib, prezident və vitse-prezident vəzifələri təsis olunub.

"Neftçi Peşəkar Futbol Klubu” MMC-nin fəaliyyətinə rəhbərlik Cəmiyyətin təkbaşına icra orqanı olan Prezident tərəfindən həyata keçiriləcək. Orxan Hüseynzadə müvafiq qərarla prezident, Elnur Eyvazov isə vitse-prezident vəzifəsinə təyin olunub.

Müşahidə Şurası əvvəlki tərkibdə "Neftçi Peşəkar Futbol Klubu” MMC-nin idarə olunmasına nəzarəti həyata keçirəcək.

Daha çox


Son xəbərlər