“Qarabağ”dan daha bir transfer

“Qarabağ”dan daha bir transfer
ÖLKƏ FUTBOLU 5 İyul 2017 / 13:36 11099
-  A +

“Qarabağ” daha bir transferə hazırlaşır.

Qol.az-ın xəbərinə görə, Ağdam klubu son mövsümü Türkiyə superliqasında yarışan “Alanyaspor”da keçirən Haiti millisinin yarımmüdafiəçisi Donald Vild Geryeni heyətinə cəlb edəcək. Onunla 2 illik müqavilə imzalanacaq. Artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər.

28 yaşlı futbolçu universiallığı ilə seçilir. O, həm yarımmüdafiənin, həm müdafiənin cinahında çıxış etməyi bacarır. “Alanyaspor”a gedənədək Querrier “Visla”da (Polşa) forma geyib. O, 2010-cu ildən çıxış etdiyi Haiti millisində 37 oyuna çıxıb.

Qeyd edək ki, “Qarabağ” bu transferi iyulun 6-na qədər həyata keçirmək niyyətindədir. Məhz bu tarixdə Ağdam klubu “Samtredia” ilə Çempionlar Liqasının matçları üçün yeni futbolçuları UEFA-ya sifariş etməlidir. Əldə etdiyimiz məlumata görə, hazırda onun Azərbaycana gəlməsi üçün viza məsələsi həll edilir.

Əlavə edək ki, “Qarabağ”ın bu həftə Polşa “Legia”sından mərkəz müdafiəçisi Yakub Jezniçakla da müqavilə bağlayacağı gözlənilir.

Xatırladaq ki, Ağdam klubu bu yay fasiləsində “İnter”dən Abbas Hüseynovun və Anton Kanibolotskinin  ("Şaxtyor" Donetsk) transferini rəsmiləşdirib.

Daha çox


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

topaz banner