“Qarabağ”dan yeni transferlə bağlı açıqlama

“Qarabağ”dan yeni transferlə bağlı açıqlama
ÖLKƏ FUTBOLU 4 İyul 2017 / 15:27 7864
-  A +

“Qarabağ”ın transfer etməyə hazırlaşdığı “Legiya”nın mərkəz müdafiəçisi Yakub Jezniçak yaxın 2-3 gündə Bakıya gələcək.

Bu haqda Qol.az-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsi üçün UEFA-ya futbolçuların sifariş ediləcəyi son tarix iyulun 6-dır: “Həmin tarixə qədər transfer rəsmiləşməli və UEFA-nın qaydasına görə, futbolçunun adı sifariş ərizəsinə salınmalıdır”.

Klub rəsmisi 30 yaşlı polşalı futbolçu ilə razılığa gəldiklərini və onunla 2 illik müqavilənin imzalanmasının nəzərdə tutulduğunu söyləyib: “Hazırda müqavilənin texniki tərəfləri dəqiqləşdirilir”.

Daha çox


Son xəbərlər