"Tezliklə "Qarabağ"da..." - polşalı müdafiəçi

"Tezliklə "Qarabağ"da..." - polşalı müdafiəçi
ÖLKƏ FUTBOLU 4 İyul 2017 / 09:50 5035
-  A +

“Qarabağ”a keçəcəyi gözlənilən Yakub Jezniçakın "Legiya"dan ayrılacağı dəqiqləşib.

Qol.az-ın məlumatına görə, 30 yaşlı polşalı mərkəz müdafiəçisi bununla bağlı özünün "İnstagram"  səhifəsində bildirib.
 
O, “Legiya” ilə “Radomiak Radom” arasındakı yoxlama matçından paylaşdığı şəklin altında “Son oyun, son qol, son məşq... Tezliklə “Qarabağ”da...” sözlərini yazıb.

Y.Jezniçakın "Qarabağ"la 2 illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Y.  Jezniçak "Radomiak Radom"a qarşı oyunda (2:0) komandasının qollarından birini vurub.

Xatırladaq ki, Y.Jezniçak müxtəlif vaxtlarda Polşanın U-21 və A milli komandasında, "Legiya"dan başqa "Vidzev Lodz" klubunda oynayıb.

Daha çox


Son xəbərlər