Samir Məsimov rəsmən Rusiya klubunda

Samir Məsimov rəsmən Rusiya klubunda
ÖLKƏ FUTBOLU 3 İyul 2017 / 20:13 6673
-  A +

Millimizin və "Neftçi"nin sabiq futbolçusu Samir Məsimovun Rusiyanın birinci divizionunda çıxış edən "Fakel”ə keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 21 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. Müqavilənin dəyəri və müddəti barədə məlumat verilməyib.

Qeyd edək ki,  S.Məsimov "Fakel"də baxışda olduğu müddətdə komandanın yoxlama görüşlərində oynayıb.

Xatırladaq ki, S.Məsimov son olaraq AZAL-da çıxış edib.

Daha çox


Son xəbərlər