"Qarabağ" "Legiya"nın kapitanını alır

"Qarabağ" "Legiya"nın kapitanını alır
ÖLKƏ FUTBOLU 1 İyul 2017 / 19:30 10846
-  A +

"Qarabağ" Polşanın "Legiya" klubunun futbolçusu Yakub Rzejniçakı transfer edəcəkləri barədə yayılan xəbərlərə münasibət bildirib.

Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında polşalı müdafiəçi ilə maraqlandıqlarını təsdiqləyib: "Rzejniçak maraq dairəmizdədir. Danışıqlarımız olub. Amma hələ müqavilə bağlamamışıq".

Qeyd edək ki , Rzejniçakın "Qarabağ"ın iki illik təklifini müsbət cavablandırdığı iddia edilirdi.

 

Daha çox


Son xəbərlər