“Qəbələ” 7 qolla qalib gəldi

“Qəbələ” 7 qolla qalib gəldi
ÖLKƏ FUTBOLU 30 İyun 2017 / 21:55 9655
-  A +

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Roman Qriqorçukun komandası  Avstriyanın “Qrodiq” klubu ilə qarşılaşıb. Matç Roman "qırmızı-qaralar"ın 7:0 hesablı qələbəsi ilə başa çatıb. 

1948-ci ildə yaradılan “Qrodiq” Avstriya çempionatının Regionalliqasının Qərb zonasında çıxış edir.
 
Qeyd edək ki, "Qəbələ" bundan əvvəl yerli “Fulpmes” (8:0), Rusiya Premyer Liqa təmsilçisi “Axmat”la (0:1) və "Ludoqorets"lə (Bolqarsıtan) (0:2) qarşılaşıb. “Qırmızı qaralar” hər matçdan bir hissədən ibarət olan turnirdə isə “Vakker” (0:1) və Bolqarıstan MOİK-i (0:2) ilə də oynayıb.

30 iyun

Yoxlama görüşü

20:00. “Qəbələ” – “Qrodiq” (Avstriya) - 7:0
Qollar
: Stiven Monroz, 24, Ürfan Abbasov, 37, Asif Məmmədov, 47,56; Xavi Hernandes 48, Araz Abdullayev, 58-pen, Fərid Nəbiyev, 75

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu