“Arxayınlaşa bilmərik” - Svanadze

“Arxayınlaşa bilmərik” -  Svanadze
ÖLKƏ FUTBOLU 30 İyun 2017 / 01:00 4320
-  A +

"Çox mühüm oyunda qalib gəldik. Bu, yaxşı haldı". 

Qol.az xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze Avroliqanın I təsnifat mərhələsinin ilk oyununda səfərdə "Mladost"u 3:0 hesabı ilə məğlub etdikləri görüşdə sonra deyib.

Gürcüı mütəxəssis nəticənin qənaətbəxş olduğunu bildirib:

"Cavab görüşü var hələ. Bunu unutmayaq. Rəqib də çox yaxşı komandadır. Biz arxayınlaşa bilmərik. "Mladost"un da az şansı olmadı. Hər şey Bakıda həll olunacaq. Hələlik mərhələ keçdiyimizi demək olmaz".

Qeyd edək ki, iyunun 6-da “İnter” “Mladost”u "Dalğa Arena"da qəbul edəcək. Görüşün başlama saatı 21:00-dır.

 

Daha çox


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq