“Zirə”nin baş məşqçisi Ayxan Abbasov Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyununda Lüksemburq təmsilçisi “Differdanj” üzərində qazandıqları 2:0 hesablı qələbəni şərh edib.
Qol.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında gənc məşqçi matçla bağlı fikirlərini açıqlayıb:
- Oyunun belə çətin alınacağını gözləyirdik. Çünki hələ komandam 100 faiz deyil. Bəzi futbolçular bizə gec qoşulmuşdular. Oynamaq üçün 60 faiz hazır idilər. Rəqibin müdafiəsinin yarmaq çətin idi. İlk hissədə qol vurduqdan sonra səbirli oynadıq. İkinci oyun daha çətin olacaq. Çünki rəqib evdə daha yaxşı oynayır. Əzmkarlığa görə bütün futbolçularıma, dəstəyə görə azarkeşlərə minnətdaram.
- Sanki komandanızda müdafiədə həyəcan hiss olunurdu. Bu, nədən irəli gəlir?
- İlk dəqiqələrdə 1-2 epizodda müdafiəçilərimiz səhvə yol verdilər. Bu da həyəcandan irəli gəlirdi. Komandanı meydana rahat çıxarmışdıq. İstəmirdik ki, arxayın olsunlar. Həyəcanı ilk yarıya aid etmək olar. İkinci hissədə daha yaxşı oynadıq. 3-4 qol epizodumuz oldu. Ümumilikdə, ilk rəsmi oyunumuz idi bu mövsüm. Müdafiədə 2 yeni futbolçu çıxış edirdi.
- Qapıçı Anar Nəzirovla sol cinah müdafiəçisi Təmkin Xəlilzadə, eləcə də dayaq yarımmüdafiəçisi Milan Duriç yaxşı təsir bağışlamadılar. Siz necə düşünürsünüz?
- Bəzi futbolçularda həyacan vardı. Məsələn, ilk hissədə Orxan Əliyevi qeyd edərdim. Sanki oyuna girə bilməmişdi. Təmkindən bu oyun çox şey gözləyirdik. Çünki ötən mövsümü yaxşı keçirmişdi. Amma bu gün ümidləri tam doğrultmadı. Anarın isə yaxşı çıxış etdiyini düşünürəm.
- Yeni transferlərdən razı qaldız?
- Onların potensialına bələdik. Belford qol vurdu. Digərləri də məncə pis çıxış etmədilər. Ümumi olaraq normal dəyərləndirərdim. Bu futbolçuları seçərkən çox götür-qoy etmişdik.
- Rəşad Sadiqovun start heyətindən kənarda qalmasına səbəb nə idi?
- Rəşad zədə səbəbindən son 2 yoxlama oyunumuzda iştirak etməmişdi. Üstəlik bilirdik ki bu gün ikinci hissədə yaradıcı oyun quran futbolçuya ehtiyacımız olacaq. Ona görə də Rəşadı fasilədən sonra meydana buraxmağı əvvəldən planlaşdırmışdıq.
- Dünən qeyd etdiniz ki, hələ ikinci mərhələ - mümkün rəqibiniz “Astra” barədə düşünmürsüz. Bugünkü qələbə fikrinizi nə dərəcədə dəyişdi?
- Təsləməyə ehtiyac yoxdur. 2:0 hələ heç nə demək deyil. Səfərdə bizi çox çətin oyun gözləyir.
“Qəbələ”yə şikayət etməyə, ağlamağa gəlməmişəm”
“Sumqayıt”dan mövsümün ilk qələbəsi, Zirədə “sülh”
“Zirə” - “Şamaxı” oyunundan - Video
Rəşad Sadıqov zədə çoxluğundan şikayətlənir
“Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil”
La Liqanın oyunu yarımçıq dayandırıldı
“Sumqayıt” - “Qəbələ” matçının heyətləri
Noyerin kobud səhvi Bundesliqada tarixi qolla nəticələndi
Ronaldo millidən kənarlaşdırıldı - Rəsmi
“Mançester Siti” satılacaq?
"Zirə" - "Şamaxı": Heyətlər
“Tottenhem” İspaniyada təlim-məşq toplanışı keçirəcək
“Çelsi” Koul Palmerlə müqaviləni uzatdı
Zəlzələ idman verilişinin canlı yayımını yarımçıq qoydu
DÇ-2026: Argentina onlayn hücumların əsas hədəfi olub
Üzünü iki dəfə topa sipər etdi – İnanılmaz görüntü!
Azərbaycanın 5 boksçusu finalda - Avropa çempionatı
“Özbəkistanda “Sabah”a azarkeşlik edirlər” - Video
Ferran Torres ayın futbolçusu seçildi
Asiyada Millətlər Liqası yaradılacaq
Ronaldo 980-ci qolunu belə vurdu - Video
“Sabah” kimi “Slaviya” da eyni vəziyyətdədir” - Mikels
Azərbaycan millisi “Antalyaspor”a qalib gəlib
"Qalatasaray" 3 xalı 3 qolla qazandı - Video
“Borussiya” mövsümdə ilk dəfə xal itirdi
Mahirin komandası yenə uduzdu
“Neftçi” - “Sabah” matçında qalib aşkarlanmadı - Video
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu