"Mladost" - "İnter" oyununun hakimləri məlum oldu

"Mladost" - "İnter" oyununun hakimləri məlum oldu
ÖLKƏ FUTBOLU 26 İyun 2017 / 15:32 2325
-  A +

Avropa Liqasında ölkəmizi təmsil edəcək “İnter”in I təsnifat mərhələsindəki ilk görüşünün hakimləri  bəlli olub.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə,  Serbiyada "Mladost"la keçiriləcək görüş Aleksandr Matyuninin başçılıq edəcəyi rusiyalı hakimlər briqadasına tapşırılıb.

Anton Kobzev və Aleksey Lunyov yan xətt, Yevgeni Turbin isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 29-da "Luçani" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Daha çox


Son xəbərlər