"Hər 4 klubumuz ilk mərhələni keçəcək" - Mahmud Qurbanov

"Hər 4 klubumuz ilk mərhələni keçəcək" -  Mahmud Qurbanov
ÖLKƏ FUTBOLU 26 İyun 2017 / 12:25 4544
-  A +

“Klublarımızın hamısına münasib rəqib düşüb. Məncə, ilk mərhələni keçəcəklər”.

Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın məşqçisi Mahmud Qurbanov deyib.

Klublarımızın avrokubok mübarizəsini dəyərləndirən 44 yaşlı məşqçi nikbin fikirlər səsləndirib: “İlk olaraq “İnter”lə “Zirə” mübarizəyə başlayacaq. “Mladost” “İnter” üçün bir qədər çətinlik yarada bilər. Amma  bu komandamızın da ilk mərhələni keçəcəyinə inanıram. “Differdanj”ın “Zirə”yə problem yaradacağına inanmıram.

“Qarabağ”ın rəqibi olan “Samtredia” bizə tanışdır. Təbii ki, “Qarabağ” Gürcüstan klubundan güclüdür. Həm “Qarabağ”, həm də “Qəbələ”yə ümidlərimiz böyükdür. Bütün komandalarımıza ayrı-ayrılıqda azarkeşlik edirəm. Hamısına uğurlar arzulayıram”.

 
 

Daha çox


Son xəbərlər