"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan "Samtredia" ilə indiyədək iki dəfə qarşılaşıb. Ağdam təmsilçisi SSRİ çempionatının II dəstəsində çıxış edərkən Gürcüstan klubu ilə üz-üzə gəlib. 1989/90 mövsümündə Gürcüstanda keçirilən oyun "Samtredia"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Ağdamda "İmarət" stadionunda olan qarşılaşmada isə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb.
"Qarabağ"ın o dövrdə aparıcı futbolçuları olan Səttar Əliyev və Yaşar Hüseynov Qol.az-ın müxbiri ilə söhbətində "Samtredia" ilə 1989-cu ildə keçirilən oyunları xatırlayıb, komandaların Çempionlar Liqasındakı şanslarını dəyərləndirib.
Səttar Əliyev: "Samtredia" o vaxt çox güclü idi. Düzdür, aradan xeyli vaxt keçib, ona görə həmin matçları indi xatırlamaq çətindir. Amma yadımdadır ki, 1989-cu ildə gürcülərin II dəstədə komandası çox idi. "Samtredia" gözəl oyunu ilə seçilirdi. O zaman bizdən güclü idilər. İndi isə "Qarabağ" bu rəqibindən üstündür. Düzdür, Gürcüstan komandaları topla oynamağı sevir. Ancaq "Qarabağ" da bu cəhətdən rəqibindən geri qalmır. Məhz "Qarabağ" yaxşı top saxladığı üçün hər iki oyunda "Samtredia"nı udacağını düşünürəm. Bugünkü "Qarabağ" göstərir ki, "Samtredia"dan üstündür. Ancaq futbol elə bir oyundur ki, gərək bütün rəqiblərinə hörmətlə yanaşasan. "Qarabağ" rəqibinə yuxarıdan aşağı baxsa, əziyyət çəkəcək. İnanıram ki, sevinən tərəf, "Qarabağ" olacaq. "Qarabağ" bizim yaralı yerimizdir. Bu komada Qarabağ adını daşıyır. Bu ada görə 20 il "Qarabağ"da oynamışam".
Yaşar Hüseynov: "O komandanı udmağımız yadımdadı. Amma qolu kim vurmuşdu unutmuşam. Baxmayın, aradan 28 il keçib. Ümumiyyətlə, o vaxt Gürcüstan futbolu bizdən çox güclü idi. Gürcülərlə oyunumuz həmişə çətin olub. Çünki onlar da bizim kimi texnikalı futbola üstünlük verir. 1989-cu ildə "Samtredia" ilə iki dəfə qarşılaşdıq. Onlar bizdən çox güclü idi.
Hazırda hamı "Qarabağ"ın mərhələ keçəcəyini gözləyir. Bu "Qarabağ" biz oynadığımız "Qarabağ" deyil, çox güclənib. "Samtredia" isə zəifləyib. Buna baxmayaraq, çətin oyun olacaq. İlk oyundan sonra nəsə demək olar. "Qəbələ" bu komandaya Bakıda asanlıqla qalib gəlsə, də Gürcüstandakı oyunda çətinlik çəkmişdi. "Samtredia"nın yaxşı azarkeşləri var. İndi "Samtredia"da hansı dəyişiklər olduğundan xəbərimiz yoxdur. Yəni "Qəbələ"nin nə vaxtsa bu komandaya 4:0 hesabı ilə qalib gəlməsi heç nə demək deyil".
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı
“Əvvəlki “Neftçi” ilə indiki arasında böyük fərq var”
Azərbaycan çempionatının final mərhələsi başladı
Osimhen "Barselona"nın diqqət mərkəzində
“Real”ın sabiq dietoloqundan qalmaqallı açıqlama
Kvaratsxeliya Gürcüstan millisinin yeni kapitanı oldu
Lukaku Belçika yığmasının düşərgəsini tərk etdi
20 yaşlı futbolçu güllələnərək öldürüldü
Zidan köməkçilərini seçdi
Xusanov ata oldu - Video
Ahmet Çakar “Qarabağ”ın epizodu haqda nə dedi?
"Xankəndi" bu dəfə 5 qolla qalib gəldi - Video
Salah "Liverpul"dan ayrılacağını açıqladı
"Sevilya"nın yeni baş məşqçisi bəlli oldu
Zədəli ayağı əvəzinə sağlam dizini müayinə ediblər!
Yeniyetmələrdən elit liqaya qədər korrupsiya qalmaqalı
Hakimi "Real"a keçir?
Zədələrə rəğmən "Bayer" ona güvənir
Yamal İspaniya millisinin məşqini buraxdı
Zədə səbəbindən millinin düşərgəsini tərk etdi
ABŞ klubundan Nərimanla bağlı yeni paylaşım - Video
Türkiyə yeni mövsüm avrokuboklarda necə təmsil olunacaq?