Kiyevin “Dinamo” klubunun rəsmi saytında Avstriyada təlim-məşq toplanışı keçəcək komandanın yoxlama matçlarındakı rəqiblərinin yekun siyahısı açıqlanıb.
Qol.az-ın xəbərinə görə, rəqiblər arasında Ağdamın “Qarabağ” komandasının adı da var. Bu matçın iyulun 4-də keçiriləcəyi qeyd edilib. Maraqlıdır ki, bir neçə gün əvvəl başqa bir klubumuz “Qəbələ” məhz həmin tarixdə “Dinamo” ilə oyunlarının olacağı barədə xəbər yayıb.
Bəs, əslində durum necədir? “Dinamo” Kiyevlə “Qəbələ” oynayacaq, yoxsa “Qarabağ”?
Asif Əsgərov
Ağdam klubunun meneceri Asif Əsgərov Qol.az saytına açıqlamasında bildirib ki, hələ Avstriyaya təlim-məşq toplanışına yola düşməzdən əvvəl, Bakıda olarkən Avropada yoxlama matçları təşkil edən şirkətlərdən biri onlara “Dinamo” ilə yoxlama oyunu təklif ediblər: “Biz bu variantı bəyənsək də, oynayacağımızı rəsmən təsdiqləməmişdik. Çünki Çempionlar Liqasının iyunun 19-da keçirilən püşkatmasını gözləyirdik. Əgər ilk oyunumuz Bakıda deyil, səfərdə olsaydı, bu halda Avstriyada təlim-məşq toplanışı davam etdirəcək və iyulun 4-də “Dinamo” ilə yoxlama görüşü keçirə bilərdik. Amma ÇL-də birinci oyunumuz Bakıda olduğundan təbii olaraq komandamızın planında da dəyişiklik oldu. İyulun 3-də Bakıya qayıdacağıq. Yəni “Dinamo” ilə bizim oynamayacağımız dəqiqdir. “Dinamo” ilə “Qəbələ”nin qarşılaşacağını saytlardan oxudum. Ola bilər, təşkilatçılar bizim planımızın dəyişdiyini bildiyi üçün sonra “Qəbələ”ni seçiblər”.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı