“Avropa Liqasının II təsnifat mərhələsində "Zirə" və ya "Differdanj"la oyunda favorit ola bilərik. Ancaq ilk növbədə komandamız güclənməlidir.
Qol.az-ın xəbərinə görə, bu sözləri "Astra"nın baş məşqçisi Eduard Yordanesku news.ro saytına açıqlamasında deyib.
"Zirə" Avropa Liqasının I təsnifat mərhələsində Lüksemburqun "Differdanj" klubu ilə qarşılaşacaq. Ayxan Abbasovun komandası mərhələni keçsə, "Astra"ya rəqib olacaq.
Rumıniya klubunun baş məşqçisi komandada bəzi problemlərin olduğunu bildirib: “Zirə” ilə "Differdanj"ın oyunlarını izləyəndən sonra buna uyğun plan quracağıq. Düzünü desəm, problemlərimiz var. Hazırda Sloveniya toplanışında 16-17 oyunçumuz var. Onların çoxu II və III liqalarda çıxış edən cavan futbolçulardır. Bəzi mövqelərə yeni transferlər edə bilsək, uğur qazana bilərik. Bizi çətin oyunlar gözləyir. Rəhbərlik yeni transferlərin olacağını deyib. Komandanı tez formalaşdıracağımıza ümid edirəm Hədəfimiz böyükdür. Rumıniyanın ən yaxşı komandaları sırasında olmaq istəyirik”.
Qeyd edək ki, "Zirə"nin "Differdanj"la ilk oyun iyunun 29-da Bakıda, cavab görüşü isə iyulun 6-da səfərdə olacaq.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida