“Avstriya toplanışının böyük hissəsi arxada qalıb. Hazırlıq prosesi yaxşı keçir. Bütün futbolçular maksimum gücləri ilə məşq edir. Yeni mövsümün ilk rəsmi görüşlərinə ciddi və çox yaxşı hazırlaşırıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Filip Ozobiç Avstriyadakı təlim-məşq toplanışını dəyərləndirərkən klubun rəsmi saytına deyib.
"Toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəmizi sınadıq. Hesab edirəm ki, Rusiya “Axmat”ı ilə qarşılaşmada çox yaxşı oynadıq. Həmin matçda bəxtimiz gətirmədi. Bolqarıstan MOİK-i və Avstriya “Vakker”i ilə birgə mübarizə apardığımız turnirə gəlincə, “Axmat”la qarşılaşmadan sonra cəmi iki gün vaxtımız olmuşdu. Üstəlik bu müddətdə məşqləri də davam etdirmişdik. Bu üzdən turnir zamanı bir az yorğunluq özünü göstərdi. Yoxlama oyunlarının hər biri hazırlıq baxımından çox faydalıdır. Avstriyadakı son sınaqda “Ludoqorets”lə görüşəcəyik. Bolqarıstan təmsilçisi çox güclü komandadır. Belə rəqiblə qarşılaşma maraqlı olacaq” - deyə o bildirib.
Xorvatiyalı yarımmmüdafiəçi Avropa Liqasının ikinci təsnifat mərhələsinin n püşkatmasını dəyərləndirib: “Avropa Liqasında asan rəqib olmur. Burada bütün komandalar çətin rəqib sayılır. “Qəbələ” II təsnifat mərhələsinin oyunlarına çox yaxşı hazır olacaq. Rəqibimizin müəyyənləşəcəyi “Yagelloniya” – “Dinamo” cütündə üz-üzə gələcək komandalardan hansının mərhələ keçməsinin bizim üçün fərqi yoxdur. “Qəbələ” ancaq öz oyununu düşünməlidir. Biz yaxşı oyun nümayiş etdirib, bu mərhələni keçməliyik".
F.Ozobiç bildirib ki, ilk oyunun harada keçirilməsinin də önəmi yoxdur: "Bilirəm ki, “Yagelloniya” son turadək Polşa çempionu adı uğrunda mübarizə aparıb. Bu da onların necə yaxşı komanda olmasının göstəricisidir. Gürcüstan təmsilçisi barədə çox məlumatım yoxdur. Amma hər iki komanda haqda məlumat toplayacağıq. Mövsümlərarası dövrdə heyətimizdə bir sıra dəyişikliklər gerçəkləşib. Amma futbolda belə olur. Bilirəm ki, azarkeşlərimiz yenə bizdən uğurlu çıxış gözləyir. Elə biz futbolçular da Avropa Liqasında yenidən qrup mərhələsinə düşməyi istəyirik. Bu hədəfə çatmaq üçün sonadək mübarizə aparacağıq”.
Alan Şirer qəza keçirdi
“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov
Millimizin paltardəyişmə otağını su basdı - Video
Ukrayna millisi qarət olundu
"Atletiko"nun Simeone ilə bağlı qərarı
"İnter Mayami" tribunaya Messinin adını verdi - Tarixdə ilk
Ferland Mendi qayıtdı
“Uduzmuşuqsa, deməli, pis oynamışıq” - Rəşad Eyyubov
Azərbaycan millisinin oyununun vaxtı dəyişdirildi
Azərbaycan millisinin Sent Lüsiya ilə oyun üçün heyəti
Liqa 1-də qiyməti ən çox artan futbolçular
Argentina millisinin üzvü DÇ-2026-nı buraxacaq
Azərbaycanın U-21 millisi Portuqaliyaya 4 qolla uduzdu
78 yaşlı Hocson bu klubu çalışdıracaq
Azərbaycan - Portuqaliya oyununa “yüksək maraq” - Video
U-17 millisi seçmə mərhələdə 2-ci oyununu keçirdi
FİFA-dan Türkiyənin 2 klubuna transfer qadağası
Mbappe tarixi rekordun bir addımlığında
Qattuzodan qələbə şərhi
Almaniya millisindən kənarda qaldı
Ançelotti: "Biz məyus deyilik"
“O təklifi qəbul etmədim, arzum İngiltərədir” - Koxalski
Kosovonun tarixi uğuru, Priştinada atəşfəşanlıq - Video
Jurnalistin sualını təxribat adlandırdı
Pley-off-da finallar: nə vaxt və harada?
Fransa 10 nəfərlə Braziliyaya qalib gəldi
Pley-off-da finalçılar müəyyənləşdi - DÇ-2026
Gürcüstan İsraillə heç-heçə etdi
"Real" Rodri transferi üzərində işləyir
Azərbaycan millisinin məşqindən - Şəkillər
Ronaldo qayıtdı - Şəkil
"Milan"ın futbolçusu zədəsini sağaltdı
"Afrika Millətlər Kubokunun Seneqaldan alınması oğurluqdur"
"Bavariya" üçün şad xəbər
"Nəticə bizim üçün vacibdir" - Emin Mahmudov
Türkiyə millisinin oyununu yayımlayacaq kanallar
AFFA bu komandalara texniki məğlubiyyət verdi
Arteta, Hau, Moyes…