İyunun 7-dən Avstriyada təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünün hazırlıqlarını davam etdirir.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, məşqlərini Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirən “qırmızı-qaralar” gündə iki dəfə məşq keçir. Komandamız günün ilk yarısında fitness - zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur.
Artıq milli komandanın düşərgəsindən qayıdan futbolçular da komanda çalışmalarında iştirak edir. Cavid Hüseynov, Elvin Məmmədov, Ürfan Abbasov və Araz Abdullayevlə yanaşı, komandamızın yeni legioneri ispaniyalı Xavyer Ernandes Qonzales də məşqlərə qatılıb. Yerli “Fulpmes” (8:0) və Rusiya “Axmat”ı (0:1) ilə qarşılaşmalarda forma geyinə bilməyən oyunçular “qırmızı-qaralar”la yeni mövsüm üçün ilk məşqlərini keçiriblər.
Sabah “Qəbələ” Avstriyada növbəti sınağına çıxacaq. “Qəbələ” Avstriyanın “Vakker” və Bolqarıstanın MOİK klubları ilə birlikdə “Stubay Cup”da qüvvəsini sınayacaq. Bakı vaxtı ilə saat 18:00-da başlayacaq qarşılaşmalarda klublar bir-biri ilə 1 hissədən ibarət matçlarda üz-üzə gələcək.
Yuri Vernidub: “1 xal da bizi qane edir”
Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”
"Bavariya"nın planlarında Haaland yoxdur
Montella istefaya göndərildi
"Kəpəz"in "Araz-Naxçıvan"a vurduğu qollar - Video
Mourinyo Mbappeni müdafiə etdi
Yuri Maksimov: "Müdafiədə səhvlərimizi azaltmalıyıq"
"Neftçi" - "Sabah": Heyətlər
Rafinya "Qalatasaray"a qarşı oynayacaq, ya yox?
Azərbaycan boksçusu finalda - Avropa çempionatı
Kubokda 29 ildən sonra rekord təkrarlandı
Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vuruldu
Mareskadan “Liverpul”la oyun öncəsi açıqlama
"Araz-Naxçıvan" - "Kəpəz": Heyətlər açıqlandı
Arteta dünyanın ən çox maaş alan məşqçisi oldu
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Zelim Kotsoyevdən dünya çempionatına erkən vida
Neymar 6 dəqiqəyə dubl edib xilaskar oldu
Bakı Olimpiya Stadionundan yeni - Şəkillər
“Everton” satılır: klub təsdiqlədi