Avropa çempionatında ilk gün: İngiltərə büdrədi

Avropa çempionatında ilk gün:  İngiltərə büdrədi
XƏBƏR 17 İyun 2017 / 01:44 5479
-  A +

Polşada 21 yaşadək futbolçular arasında Avropa çempionatına start verilib.

Qol.az-ın məlumatına görə, qitə birinciliyində ilk olaraq A qrupunda yer alan kollektivlər meydana çıxıblar.

Turnirin açılış matçında İsveç və İngiltərə milliləri üz-üzə gəlib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb - 0:0.

Meydan sahibləri isə Slovakiyanı sınağa çəkib. Polşa millisi artıq ilk dəqiqədə hesabı açıb. Lakin ruhdan düşməyən Slovakiya yığması əzmkar qələbə qazanmağı bacarıb - 2:1.

Qeyd edək ki, sabah Avropa çempionatında B qrupunun iştirakçıları meydana çıxacaqlar. Portuqaliya Serbiyanı, İspaniyanı isə Makedoniyanı sınağa çəkəcək.

Son xəbərlər
topaz banner