“Milan” Donnarummanı Navasla dəyişə bilər

“Milan” Donnarummanı Navasla dəyişə bilər
XƏBƏR 17 İyun 2017 / 01:10 3697
-  A +

Canluici Donnarummadan istədiyi cavabı ala bilməyən “Milan” qapıçı axtarışlarına başlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar”ın hədəfində olan qolkiperlərdən biri də “Real”lı Keylor Navasdı.

Madrid klubu Donnarummanı transfer etmək istəyir. Bu səbəbdən də 18 yaşlı qolkiperin Navasla dəyişdirilmək ehtimalı yaranıb.

2 klub arasında razılıq əldə olunsa, “Real” Donnarummaya qarşılıq Navasla yanaşı, 30 milyon avro da ödəyəcək.

Son xəbərlər
topaz banner