Dünən Çempionlar Liqasının 1/4 finalının “Borussiya” – “Monako” matçından öncə Dortmund klubunun avtobusu yaxınlığında törədilən partlayışın təfərrüatları bəlli olub.
Qol.az-ın Almaniya KİV-lərinə istinadən yaydığı xəbərə görə, hadisə Bakı vaxtı ilə saat 21.00-da matçın keçiriləcəyi “Signal-Iduna Park” arenasının 10 kilometr yaxınlığında baş verib. Partlayışın gücündən avtobusun təkəri və şüşəsi zərər görüb, futbolçu Mart Bartra isə yaralanıb. Dərhal xəstəxanaya çatdırılan gənc oyunçu əlindən əməliyat olunub. Onun durumunun yaxşı olduğu bildirilir.
Terror, yoxsa?
Dünən gecə mətbuat konfransı keçirən Dortmund polisinin şefi Qreqor Lange bildirib ki, hadisənin terror olub-olmaması ilə bağlı araşdırmalar davam edir: “Qəti olan budur ki, “Borussiya”nın avtobusu hədəfə alınıb”.
Prokuror Sandra Luçke isə deyib ki, bu cinayətin bütünlükdə komandaya qarşı yönəldiyini ehtimal edirlər. İstintaq əsasən bu versiya üzərinə çalışır.
Polislərdən birinin verdiyi məlumata görə, bomba yol qırağında kolda gizlədilibmiş. Partlayış komandanın baş məşqçisi Tomah Tuhelin əyləşdiyi oturacağın yaxınlığında baş verib. Amma ona bir şey olmayıb.
Olay yerində məktub tapıldı
Daha sonra hadisə yaxınlığında bir məktub tapılıb. Məktubu yazan şəxs partlayışa görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Hazırda polis məktubu yazan şəxsi axtarır.
Qeyd edək ki, partlayışdan sonra polis stadionda olan azarkeşlərə müraciət edərək onları sakitliyə çağırıb və həyatları üçün təhlükə olmadığını bildirib. “Monako”lu azarkeşlər isə tribunadan “Borussiya”ya dəstək şüarı səsləndiriliblər.
Daha sonra UEFA matçın təxirə salınması və bu gün Bakı vaxtı ilə saat 20.45-də keçirilməsi haqda qərar qəbul edib. “Monako” klubu azarkeşlərinə müraciət edərək bildirib ki, Dortmundda əlavə bir gün qalacaqlarına görə onların hər birinə 80 avro məbləğində təzminat ödənəcək. Bununla yanaşı, “Monako” UEFA-ya müraciət edərək oyununun bu həftənin şənbə gününə keçirilməsini xahiş edib. Onların müraciətinə yaxın saatlarda cavab veriləcək.
Almanlar fransızları evlə təmin etdilər
Hadisədən sonra sosial şəbəkədə yaradılan #bedforawayfans adlı həştəqin köməkliyi ilə Dortmund və qonşu şəhərin sakinləri Fransadan gələn azarkeşləri yatacaq yerlə təmin ediblər.
Yuxarı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi