"Borussiya"nın 3 futbolçusu "Bavariya" ilə oyunu buraxacaq

"Borussiya"nın 3 futbolçusu "Bavariya" ilə oyunu buraxacaq
XƏBƏR 7 Aprel 2017 / 15:14 2126
-  A +

Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının növbəti turunda “Bavariya”nın qonağı olacaq.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanın heyətində ciddi itkilər var.
Andre Şürle, Erik Durme və Marko Roys zədə səbəbindən liderlə oyunu buraxacaq. Mark Bartranın da meydana çıxacağı sual altındadır.

Qeyd edək ki, “Borussiya” – “Bavariya” matçı sabah keçiriləcək.

Daha çox


Son xəbərlər