Millimizin baş məşqçisi Robert Prosineçki AFFA-nın Hesabat Konfransından sonra brifinq keçirib.
Qol.az-ın məlumatına görə, o, əvvəlcə Qətər millisi ilə keçirilən yoldaşlıq görüşü barədə danışıb.
- Bu oyun bizim üçün çox vacib idi. Çünki Almaniya ilə seçmə mərhələ matçına az vaxt qalıb. Özünəinam baxımından Qətərlə qarşılaşma bizim üçün önəmli oyun oldu. Yeni futbolçuları da sınamaq imkanım yarandı. Ancaq Premyer Liqada çıxış edən oyunçulara şans verdim.
- Oyun təcrübəsi olmayan bəzi futbolçulara dəvət göndərsəniz də, klubunda müntəzəm çıxış edənlərin bəziləri kənarda qaldı...
- Çünki baş məşqçi mənəm və qərarı mən qəbul edirəm. Hamı deyə bilər ki, nəyə görə bəzi oyunçular çağırılmayıb. Amma mən çağırılanları lazım bilmişəm və onlara dəvət göndərmişəm.
- Kamran Ağayev uzun müddətdir oynamır. Bu, Almaniya ilə görüşdə problem yarada bilər. Kimin oynamaq şansı daha çoxdur?
- Sizinlə tamamilə razıyam. Bizdə qapıçı problemi var. Kamran “Boavişta”da artıq əsas qapıçı deyil. Səlahət Ağayev Qətərlə matçı yüksək səviyyədə keçirdi. Təəssüf ki, o da zədələndi. Hələ oyuna 10 gün vaxt qalıb. Buna baxmayaraq, Kamran bizim bir nömrəli qapıçımızdır.
- Riçard Almeydanın millinin dürşərgəsində bir gün olması nəyə hesablanmışdı?
- Almeyda gələcəkdə milli komandada çıxış edəcək. Sadəcə, Almaniya ilə görüşdə kimlər iştirak edə bilərdilərsə, onları apardıq. Qərara gəldik ki, Almeyda milliyə qoşulsun, atmosferi hiss etsin. Sadəcə, Almaniyaya qarşı oynaya bilməyəcəyi üçün onu Qətərə aparmadıq.
- Millimizi dünyanın ən güclülərindən olan Almaniyaya qarşı kökləmək çətin olmayacaq?
- Bizim üçün Almaniya ilə matç qrupda ən asan oyun olacaq. Rəqib dünyanın ən güclü komandalarındandır. O, təkcə qrupumuzun favoriti deyil, həm də dünya çempionudur. Buna görə də
üzərimizdə təzyiq yoxdur. Əksinə, təzyiq növbəti matçlarda daha çox olacaq.
- “Kicker” jurnalının əməkdaşı bildirib ki, Almaniya yığması Azərbaycana minimum 5 qol vuracaq...
- Mən həmin jurnalistlə görüşmüşdüm. Amma aramızda belə söhbət olmamışdı. Ona dedim ki, bizimlə oyun milliniz üçün çətin olacaq.
- Qətər tərəfi Azərbaycanla keçirilmiş oyunun videogörüntüsünü yaymır, buna hərbi sirr kimi yanaşır. Müasir futbolda bu, nə dərəcədə doğrudur?
- Bəli, mən də bunu başa düşmürəm. Amma bu barədə Qətər Futbol Assosiasiyasından soruşmaq lazımdır.
Ronaldo qayıtdı - Şəkil
Arteta, Hau, Moyes…
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı