"Qarabağ"ın futbolçusu Muarem Muarem Topaz Premyer Liqanın 22-ci turunda AZAL-la oyundan (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Oyun haqqında nə düşünürsən?
- Görüşə yaxşı hazırlaşmışdıq. AZAL-ın necə komanda olduğunu öncədən bilirdik. Kənardan asan görünə bilər, amma çətin oyun alındı. Zirvə yarışından uzaqlaşmamaq üçün qalib gəlməliydik. 3 xalı qazandığımız üçün sevinirik. Bunun davamını gətirməliyik.
- Oyunun bu qədər çətin keçəcəyini gözləyirdiniz?
- Əlbəttə. Məqşçilərimiz də rəqibi analiz etmişdi. Çətin olacağını demişdilər. Baxmayaraq ki, son pillədə qərarlaşıblar. Sona qədər mübarizə apardılar.
- İlk hissədə çox sönük futbol keçdi...
- Baş məşqçimiz ilk hissədə çətinlik çəkəcəyimizlə bağlı xəbərdarlıq etmişdi. Sakit olmalı idik. İkinci hissədə isə sakit davrandıq və fürsəti gözlədik. Sevinirik ki, lazım olan qolu vurduq. Biz yenə çempion olmaq istəyirik. Növbəti oyunlara hazırlaşıb, hər matçda qələbə qazanmağı düşünürük.
- Azərbaycan millisi martın 26-da DÇ 2018-in seçmə mərhələsi çərçivəsində Almaniya qarşı oynayacaq. Bu matç barədə fikirləriniz necədir?
- Onları çox çətin oyun gözləyir. Azərbaycan millisinin Bakıda keçirdiyi oyunlarda stadionda olmuşam. Rəqibə gəlincə isə, Almaniya son dünya çempionudur, güclü komandadır. Azərbaycan yığması üçün yaxşı təcrübə olacaq. Komanda yoldaşlarımı bu oyunda dəstəkləyəcəm.
- Almaniya millisi böyük hesabla qalib gələ bilər?
- Mən elə düşünmürəm. Bu futboldur. Son nəticə öncədən bəlli olmur.
- Son zamanlar Makedoniya yığmasında dəvət almırsan..
- Bu, mənimlə bağlı deyil, baş məşqçinin qərarıdır. Mən də onun qərarına hörmətlə yanaşıram. Çağırsa, əlimdən gələni edəcəyəm.
Məftun RƏSULZADƏ
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama