"Futbolçularımı təbrik edirəm. Çətin qələbə qazansaq da, oyundan razı qaldım. AZAL təkcə müdafiə olunmayı yox, topla yaxşı davranmağı bacaran komandadır ki, bunu da gördük.AZAL hər bir komandaya çətin anlar yaşada bilər, hətta qələbə də qazana bilər. Qarşıdakı oyunlar daha çətin olacaq. Həmin matçlara hazırlaşmalıyıq".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 22-ci turunda AZAL-la oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
O, Qışda “Neftçi”dən transfer edilən Elşən Abdullayevi niyə oynatmadığı ilə bağlı sualı belə cavablandırıb: "Elşən 8 ay futbol oynamadı. Bu, futbolçu üçün az müddət deyil. Bu yaşda ciddi zədə almaq hər futbolçuya asan olmur. Belə deyim, hazırda Elşənin oyun praktikası çatışmır. Onu əvəzedici komandada 90 dəqiqə oynatmağa çətinlik çəkirik. Əsas odur ki, zədələrdən uzaqlaşıb və qarşıdakı oyunlarda bizimlə olacaq.
Q.Qurbanov görüşün tempinin aşağıda olması fikri ilə razılaşmayıb: "Rəqib komanda müdafiə olunanda, hücumların sürəti görünmür. Yaxşı, 100 faizlik qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Məncə, futbolçular bu gün çox yaxşı oynadılar".
Ronaldo qayıtdı - Şəkil
Arteta, Hau, Moyes…
"Real"ın futbolçusunun derbi cəzası bəlli oldu
Dünya çempionatında stadionların boş qalmaq təhlükəsi var
"Qalatasaray"ın ulduzu "Real"a keçə bilər
Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı
"Yuventus" onu göndərməyə hazırlaşır
Seneqalın apellyasiya şikayəti qeydə alındı
Arbeloa qələbədən sonra oyunçularını belə mükafatlandırır
"Liverpul" Slotla bağlı hansı mövqedədir?
"Əl-Nəsr" Salahın maaşını üçqat artırmağa hazırdır
Kazemironun müqaviləsindəki maneə aradan qaldırıldı
"Milan" azarkeşlərinə qadağa qoyula bilər
Baş məşqçi hakimi tənqid etdiyinə görə cərimələndi
“Liverpul”u tərk etməyi planlaşdırır
“Arsenal” yoxlama oyunu keçirəcək
Azərbaycan millisinin yeni məşqindən - Şəkillər
Kolin Kazım baş məşqçi oldu
"Liverpul" Salahın yerini onunla doldurmaq istəyir
Azərbaycan - Portuqaliya oyununun hakimləri açıqlandı
"Real" Vinisiusla yeni müqavilə imzalayır
"Barselona"nın əsas transfer hədəfi
Ronaldonun oğlu "Real"a keçə bilər
"Bayer"lə 2031-ci ilə qədər müqavilə bağladı