"Millimiz üçün yetişən bir futbolçu da yoxdur" - Yunis Hüseynov

"Millimiz üçün yetişən bir futbolçu da yoxdur" -  Yunis Hüseynov
ÖLKƏ FUTBOLU 3 Mart 2017 / 16:43 2919
-  A +

"Milli komandada azərbaycanlı futbolçular oynamalıdır. Ancaq baş məşqçi yerli futbolçulara güvənmirsə, bu, onun öz işidir".

Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Yunis Hüseynov deyib.

Yığmamızın baş məşqçisi Robert Prosineçkinin Qətərlə yoldaşlıq oyunu üçün dəvət etdiyi futbolçular haqda fikir bildirən Hüseynov  milliləşdirilən legionerlərin əleyhinə olduğunu bildirib:

"Hazırda milli komandamız üçün yetişən bir futbolçu da yoxdur. Kimsə mənə göstərsin ki, filan oyunçu perspektivlidir. Reallıqla barışmaq lazımdır. Uduzsaq da olar, amma qoy yerli  futbolçular oynasınlar. Yəqin indi milliyə ancaq nəticə lazım olduğu üçün göz önündə olan futbolçuları dəvət edirlər. Ancaq yerli futbolçular bir qədər milliləşdirilənlərdən zəif olsa da, yığmaya onlar dəvət olunmalıdır. Komandanın gələcəyini də fikirləşmək lazımdır".

Qeyd edək ki, Prosinekinin Qətərlə oyun üçün dəvət göndərdiyi futbolçulardan 5 nəfəri (Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov və yenə həmin Arif Daşdəmirov) Dağıstandan yığmamıza cəlb olunub.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır