Bu gün Topaz Premyer Liqasında 42 günlük fasilə başa çatıb.
Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.
Çempionluğa 2 namizəddən biri olan "Qəbələ" öz meydanında “Sumqayıt”ı sınağa çəkib. Roman Qriqorçukun komandası bu görüşdə gözlənilmədən xal itkisi ilə üzləşib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla belə, "Qəbələ" liderliyə yüksəlib.
Günün ikinci matçı isə “İnter Arena”da keçirilib. Beynəlxalq Bankın sponsorluğundan məhrum olan “İnter” “Kəpəz”lə üz-üzə gəlib və 4:1 hesabı ilə qalib gəlib.
Topaz Premyer Liqası
XIX tur
28 yanvar
17:30. "İnter” - "Kəpəz” - 4:1
Qollar: Tural Axundov, 39 (0:1), Nizami Hacıyev, 45+2 (1:1), Fuad Bayramov, 53 (2:1) Abbas Hüseynov 61 (3:1), Rauf Əliyev, 79 (4:1)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena”
15:00. "Qəbələ” - "Sumqayıt” - 1:1
Qol: Məhəmməd Qurbanov, 53, Vitali Vernidub, 59 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
29 yanvar
15:00. "Zirə” - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu
17:30. "Qarabağ” - "Neftçi”
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
"Azərsun Arena”
| N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
| 1 |
Qəbələ |
15 |
9 |
5 |
1 |
31-8 |
32 |
| 2 |
Qarabağ |
14 |
10 |
2 |
2 |
26-6 |
32 |
| 3 |
İnter |
15 |
7 |
7 |
1 |
25-13 |
28 |
| 4 |
Sumqayıt |
15 |
4 |
6 |
5 |
14-19 |
18 |
| 5 |
Kəpəz |
15 |
3 |
6 |
6 |
11-17 |
15 |
| 6 |
Zirə |
14 |
4 |
3 |
7 |
11-15 |
15 |
| 7 |
Neftçi |
14 |
3 |
0 |
11 |
9-30 |
9 |
| 8 |
AZAL |
14 |
1 |
5 |
8 |
6-25 |
8 |
Bombardirlər: Baqali Dabo ("Qəbələ") - 7 qol, Filip Ozobiç ("Qəbələ") - 7 qol