Qus Hiddinkin Türkiyə millisində işləyəcəyi rəsmən təsdiqləndi

Qus Hiddinkin Türkiyə millisində işləyəcəyi rəsmən təsdiqləndi
DÜNYA FUTBOLU 17 Fevral 2010 / 14:43 2392
-  A +

Hollandiyalı mütəxəssis Qus Hiddinkin Türkiyə milli komandasının baş məşqçisi olacağı rəsmən təsdiqlənib. Qol.Az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyası (TFF) bu gün yaydığı açıqlamada Qus Hiddinklə anlaşdıqlarını bildirib. Məlumatda qeyd edilib ki, dünən Hollandiyada TFF-nin nümayəndələri ilə Qus Hiddink arasında görüş keçirilib. Görüşdə tərəflər bütün məsələləri həll ediblər. Qus Hiddinklə 2+2 il müddətinə müqavilə imzalanacaq. Hiddink bu il avqustun 1-dən etibarən Türkiyə millisində rəsmən fəaliyyətə başlayacaq. Qeyd edək ki, hazırda Qus Hiddink Rusiya milli komandasına başçılıq edir. Onun Rusiya Futbol İttifaqı ilə müqaviləsi bu il iyununun 30-da başa çatır.

Son xəbərlər