Topaz Premyer Liqanın 13-cü turunun “Qarabağ” – “Qəbələ” oyunundakı (2:1) insidentin təfərrüatı bəlli olub.
Qol.az-ın xəbərinə görə, futbolçular arasındakı ilk gərginlik oyunun uzatma dəqiqələrində baş verib. İlk olaraq, 90+4-cü dəqiqədə “Qarabağ”lı Almeyda qırmızı vərəqə aldığı epizoddan sonra mübahisə yaranıb. “Qarabağ”ın 90+7-ci dəqiqədə vurduğu qələbə qolundan sonra isə gərginlik daha da artıb. Bəzi məlumatlara görə, Ağdam klubunun ehtiyat qapıçısı Şahrudin Məhəmmədəliyev qol sevinci zamanı “Qəbələ”li futbolçulara əli ilə təhqiramiz jest edib.
Bundan sonra “Qəbələ”nin kapitanı Rəşad Sadiqovla Ş.Məhəmmədəliyev arasında gərginlik yaranıb. Hətta R.Sadiqov qapıçını sillə ilə vurub da.
R.Sadiqov oyundan sonra jurnalistlərə rəqib oyunçunu vurduğunu təsdiqləyib. O bildirib ki, Şahruddini sillə vuraraq itələyib: “O, cavan oyunçudur. Gərək belə hərəkət eləməyə idi”.
Ümumilikdə isə gərginliyin bu həddə çatmasında 86-cı dəqiqədə hesab 1:0 qonaq komandanın xeyrinə olarkən baş hakim Rəhim Həsənov "Qəbələ"nin qapısına penalti təyin etməsi açar rolunu oynayıb. Bu qərar “Qəbələ”li futbolçuların etirazına səbəb olub. “Qarabağ” bu penalti ilə hesabı bərabərləşdirib. 90+7-ci dəqiqədə isə Ağdam klubu daha bir qol vuraraq 2:1 hesabı ilə qələbə qazanıb və "Qəbələ"ni 3 xal qabaqlayaraq turnir cədvəlinin vahid lideri olub.
Yuxarı
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu
“Qaradağ Lökbatan” və “Şəmkir”dən böyükhesablı qələbə
Çempionlar Liqası matçını buraxa bilər
Messi yeni klubunun qələbəsini belə qeyd etdi - Şəkil
A Seriyasında ayın ən yaxşısı oldu
"Sabah"dan ayrıldı, Kosovo klubuna keçdi
"Qəbələ" albaniyalı futbolçu transfer etdi
Rafinya yenə La Liqanın ən yaxşısı seçildi
Kukurelya: "Qızıl top"da özümə səs verərdim"
Ukrayna millisinin antirekordu
Hansı oyun hansı kanalda?
Azərbaycan gimnastları 6 medal qazandılar
Rüfət Abbasov: “Sabah biz qalib gəlməliyik”
İlham Əliyev federasiya prezidentini təltif etdi
Məhkəmə Mbappenin iddiasını rədd etdi
Van Bommel Türkiyə üzərində qələbədən danışdı
Türkiyə millisinin ardıcıl üçüncü məğlubiyyəti - Video
Montelladan istefa sualına cavab
“Qarabağ”ın qapıçısı İsveçlə matçı kənardan izlədi
Puxaç darmadağının iştirakçısı olmadı
Varkonyinin debütu yenə baş tutmadı
Fransa - İtaliya matçında heç-heçə, Türkiyə uduzdu
Yankoviç oynadı, komandası qalib gəldi
Almaniya millisinin düşərgəsini tərk etdi