Olimpiya çempionlarından “Qarabağ”a dəstək - Video

Olimpiya çempionlarından “Qarabağ”a dəstək -  Video
ÖLKƏ FUTBOLU 23 Noyabr 2016 / 01:18 3574
-  A +

Azərbaycanın tanınmış idmançılarının iştirakıyla "Qarabağ" klubuna "Uğurlar, "Qarabağ" adlı dəstək videosu hazırlanıb.

Qol.az-ın xəbərinə görə, ATV kanalının idman jurnalisti Sənan Şəfizadənin təşəbbüsüylə hazırlanan videoda olimpiya və üçqat Avropa çempionu Namiq Abdullayev, olimpiya və Avropa çempionu Toğrul Əsgərov, beşqat dünya və onqat Avropa çempionu Rafael Ağayev, ikiqat paralimpiya, altıqat Avropa və ikiqat dünya çempionu İlham Zəkiyev çəkilib.

İdmançılar "Qarabağ" klubuna Avropa Liqasının 5-ci turunda Çexiyada keçiriləcək "Slovan"la oyunda uğurlar arzulayıb, onları turnirin pley-off mərhələsində görmək istədiklərini bildirib.




Daha çox


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu