Hidayət dayandı, Rəşid üçün "bürünc" qarşılaşma - Dünya çempionatı

Hidayət dayandı, Rəşid üçün "bürünc" qarşılaşma - Dünya çempionatı
CÜDO 6 Oktyabr 2026 / 14:40 3409
-  A +

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mundialın üçüncü günündə Azərbaycanın 3 təmsilçisi mübarizəyə qoşulub. 

73 kq

73 kq çəki dərəcəsində 2024-cü ilin Olimpiya və dünya çempionu Hidayət Heydərov 1/32 finalda Akil Qyakovaya (Kosovo),  1/16 finalda Finlandiya təmsilçisi Olin Valtteriyə qalib gəlib. O, 1/8 finalda isə Covannni Espositoya (İtaliya) uduzaraq çıxışını başa vurub.

Eyni çəkidə Rəşid Məmmədəliyev ilk mərhələdən azad olub. O, 1/16 finalda Castin Lemirə (Kanada), 1/8 finalda İtan Nernlə (Böyük Britaniya) qalib gəlib. Cüdoçumuz 1/4 finalda Dayan Bulemtafeslə isə uduzub. 

Amma R.Məmmədəliyev təsəlliverici qarşılaşmada Leonardo Valerianiyə qalib gələrək bürünc medal uğruna görüşə vəsiqə qazana bilib. Onun rəqibi Braziliya idmançısı, Yay Olimpiya Oyunlarının və dünya çempionatının bürünc mükafatçısı Daniel Karnin olacaq.

Medal uğrunda qarşılaşmalar saat 18:00-da başlanacaq.

57 kq

Qadınların yarışında 57 kq çəki dərəcəsində Xədicə Qadaşova 1/32 finalda qırğızıstanlı Janar Joldoşeva ilə üz-üzə gəlib və uduzub.

Xatırldaq ki, hazırda Azərbaycan millisinin aktivində 1 medal var. Əhməd Yusifov (60 kq) dünya çempionatının qızıl medalını qazanıb.

(Fotolar: Azərbaycan Cüdo Federasiyası)

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner