"Qarabağ"la ilk oyunda futbolçularımın fərdi səhvləri vardı ki, bunu inkar etmək olmaz. Bəlkə də mövsümdə ən zəif oyunlarımızdan biri idi. Ancaq bu, artıq keçmişdə qalıb. Biz həmin matçı təhlil edərək səhvlərimiz üzərinə işləmişik".
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi olan Yunanıstan PAOK klubunun baş məşqçisi Vladimir İviç bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O, Ağdam klubu ilə sabahkı matçda yaxşı nəticə qazanmaq istədiklərini söyləyib:
"Bu müddətdə çox ciddi hazırlaşmışıq. "Qarabağ"ı daha yaxşı tanıyırıq. Hər şey həmişə gözlədiyimiz kimi olmur. Sabah daha effektiv oyun göstərməli, meydanda daha intizamlı, müdafiə planında çox diqqətli olmalıyıq".
İviç zədəli futbolçular haqda məlumat verib. O, Calma Kamposun məşqdə zədələndiyini bildirib:
"İstəyərik ki, tez qayıtsın, ancaq buna həkimlərimiz qərar verəcək. Kamposun vacib matç öncəsi zədələnməsinə çox üzülmüşük. O, istənilən komandaya problem yarada biləcək hücumçudur. Calmanın xidmətindən yararlana bilimiriksə, başqa şeylər düşünməliyik. Bir neçə variantımız var. Meydanda fərq yarada biləcək futbolçularımız çoxdur. Pelkas artıq məşqlərə başlayıb və özünü yaxşı hiss edir. Yəqin ki, gələn oyunlarda meydana çıxa biləcək. Tzavellas isə sabah meydana çıxa biləcək futbolçular arasında olacaq”.
Xorvatiyalı mütəxəsisisn fikrincə, qrup mübarizəsində hələ heç nə bitməyib:
"Qarşıda 3 oyun var. Bəzən 4 xalla qrupdan çıxmaq şansın olur, bəzən isə 6 xalla bu, mümkün olmur. Bu dəfə 4 xal bizə mübarizəni davam etmək şansı yaradır. Bunun üçün mütləq qələbə qazanmalıyıq. Həm Superliqada, həm də Avroliqada uğurlu çıxışımızı davam etmək istəyirik. Əgər inamın varsa, deməli, qələbə şansın da var. Qorxmuram, çəkinmirəm. Biz göstərmişik ki, xüsusi problemimiz yoxdursa, lap yaxşı oynaya bilərik".
İviçin fikrincə, sabah əsl derbi olacaq:
"Bəlkə də rəqibin adı sizə çox şey demir. Ancaq biz gördük ki, "Qarabağ” çox keyfiyyətli heyətə malikdir. Ümid edirəm ki, sabah tam hazır olacağıq”.
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”
“Beşiktaş”ın zədəli futbolçusundan xəbər var
UEFA araşdırmalara başladı
Prezidenti seçildi, sonra vəzifəsindən uzaqlaşdırıldı
“Tariximizin ən yaxşı nəticəsini əldə etdik” - Rəşad Eyyubov
Milli komandanın rekordunu yenilədi
Stas Pokatilovun yığması heç-heçə etdi
Azərbaycan millisindən böyükhesablı qələbə
Qanunsuz oynadı, FİFA tədbir görmədi
AFFA klub rəsmisini cəzalandırdı
Rəşid Məmmədəliyev bürünc medal qazandı - Dünya çempionatı
Azərbaycanın U-20 millisi Yaponiyaya qalib gəldi
Arda Gülerdən daha bir ilk
Di Mariyadan Messi üçün duyğusal vida
"Qarabağ"dan Sefasın durumu ilə bağlı - Açıqlama
Fernandinyodan “Mançester Siti” ilə bağlı şok sözlər
Mançini Türkiyə üzərində qələbədən danışdı
Millətlər Liqasında bunu bacaran ilk futbolçu oldu
1-ci liqada həftənin hakimləri məlum oldu
Arda Güler və Kenan Yıldız "Arsenal"ın hədəfində
Baş məşqçinin istefası qəbul olunmadı
"Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm" - Yankoviç
Millətlər Liqasının oyunlarını yayımlayacaq kanallar
Rafinya "Barselona" ilə müqaviləni uzadıb
Azərbaycanın 5 boksçusu mərhələ adladı
"Bavariya" Keynlə razılaşdı
Türkiyə millisindən ardıcıl 4-cü məğlubiyyət - Video
Son məşq - Video
Yapon bacı-qardaşın Bakıda möhtəşəm uğuru