“Qarabağ”la oyun qrupdan çıxmaq baxımından çox önəmlidir”

“Qarabağ”la oyun qrupdan çıxmaq baxımından çox önəmlidir”
ÖLKƏ FUTBOLU 2 Noyabr 2016 / 14:05 9340
-  A +

“AEK-lə oyunda komanda istənilən kimi çıxış etmədi. Ancaq layiqli qələbə qazandıq”.

Qol.az-ın məlumatına görə, bunu PAOK-un baş məşqçisi Vladimir İviç Yunanıstan superliqasının son turunda AEK-ə qalib gəldikləri oyun (1:0) haqda danışarkən deyib.
 
Serbiyalı mütəxəssis  yerli mətbuata açıqlamasında Avropa Liqasının qrup mərhələsində sabah “Qarabağ”la qarşılaşacaqları oyun haqda da danışıb:

“Bu dəfə tam fərqli komanda ilə qarşılaşacağıq. İşimiz çox ağır olacaq. “Qarabağ”la oyun qrupdan çıxmaq baxımından çox önəmlidir. Yüz faiz gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, sabah keçiriləcək PAOK – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Daha çox


Son xəbərlər