“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı, vaxtilə “Neftçi”, “Turan” və Ağdam klubunun da şərəfini qorumuş Musa Qurbanov Qol.Az saytına müsahibə verib
- Bir neçə saatdan sonra “Qarabağ” Avroliqanın ikinci təsnifat mərhələsində “Streymur”la cavab oyununa çıxacaq. Bu görüş barədə nə deyə bilərsiniz?
- Nə deyə bilərəm ki. Qalib gəlmələrini istəyirəm. İnşallah, inanıram ki, qələbə qazanacaqlar.
- Bugünkü oyundan hansı nəticəni gözləyirsiniz?
- Nəticə məni maraqlandırmır. Allahdan arzum budur ki, mərhələni keçsinlər. Ancaq bunu gözləyirəm.
- Yəqin ki, xəbəriniz var. “Qarabağ” “Streymur”u keçsə, növbəti mərhələdə Belçikanın “Brügge” klubu ilə qarşılaşacaq. Necə düşünürsünüz, Ağdam klubu bu komandanı keçə bilər?
- “Brügge” çox çətin rəqibdir. Bu komandanın gücü barədə danışmağa ehtiyac yoxdur. Püşkatmanın nəticəsindən dərhal sonra oyununa baxdım. Yəqin ki, “Bayer”lə yoldaşlıq oyununu siz də izləmisiniz. Həmin görüşə baxandan sonra adamda bir az pessimist hisslər oyanır. Amma “Qarabağ” bir neçə dəfə sübut edib ki, o səviyyədə oynamağı bacarır. İnanıram ki, Allahın köməkliyi ilə “Brügge” ilə başabaş mübarizə aparacaq.
- Qurban müəllimin böyük qardaşısınız. “Qarabağ” qalib gələndə, hansı hisslər keçirirsiniz? Yəqin ki, qardaşınızın uğurları böyük qardaş kimi, sizi sevindirməyə bilməz.
- Əlbəttə, onun uğurları məni qürurlandırır. Bəlkə də həmin nəticələri özüm qazansam, bu qədər sevinmərəm. Onun uğurlarına özümünkülərdən çox sevinirəm. Futbol oynadığım vaxtlarda bu qədər həyəcanlanmırdım. Qurbanın həm futbolçu vaxtı, həm də məşqçi vaxtı keçirdiyi oyunlarda özümdə olmuram. Həyəcan hissi məni həddindən artıq basır. Ürəyim bərk döyünür. Bu hissləri sözlə ifadə eləmək mümkün deyil. O dərəcədə həyəcanlanıram ki, heç bilmirəm, hansı hissləri keçirirəm.
- Vaxtilə “Neftçi”nin də şərəfini qorumusunuz. Son Azərbaycan çempionunun avrokuboklarla belə erkən vidalaşmasına münasibətinizi bilmək istərdik.
- Çox dərinə getmək istəmirəm. Məncə, “Neftçi” belə nəticəyə layiq deyildi. Düzdür, “Dinamo”nu sıradan rəqib saymaq olmaz. Həm də nəzərə almaq lazımdır ki, “Neftçi” bir neçə il avrokuboklardan kənarda qaldı. Təcrübəsi az idi. Amma bununla belə komanda gözlədiyimizdən zəif çıxış elədi.
- Bu gün “Qarabağ”la yanaşı, “Xəzər Lənkəran” da növbəti mərhələyə adlamaq üçün meydana çıxacaq. “Makkabi” klubuna qarşı bu komandanın şanslarını necə qiymətləndirirsiniz?
- “Makkabi” də zəif rəqib deyil. Mən deyərdim ki, “Dinamo” səviyyəsində klubdur. Ona görə də çətin oyun olacaq. Amma mənə elə gəlir ki, doğma meydanda və öz azarkeşləri qarşısında “Xəzər Lənkəran” istəyinə nail ola bilər. Məncə, şanslar 50-50-yədir. “Xəzər Lənkəran”ın şansını çox da yüksək dəyərləndirmirəm. Amma 50 faiz keçmək şansı var.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
Nazir və səfir “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
Poçettino “Tottenhem”in seçimindən məyus olub
Karyerasının 967-ci qolunu belə vurdu - Video
Marko Yankoviç: “Hakimlik bizi maraqlandırmır”
Messi adını daşıyan tribunanı ziyarət etdi: "İnanılmazdır"
Mançini İtaliya millisinə qayıda bilər
Fabreqas A seriyasında ən yaxşı seçildi
Orxan Məmmədov: “Sponsorlar minifutbola maraq göstərir”
Nərimanın komandası növbəti oyuna çıxır
2-ci liqada 6 oyunun hakimləri açıqlandı