“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçin QOL.az saytına müsahibəsi
- Artıq bir neçə gündür məşqləri bərpa etmisiniz. Hazırlıqlar necə keçir?
- Toplanış yaxşı keçir. 1 həftə Bakıda hazırlıq keçdik. İndi də Antalyada toplanışımız davam edir. Hər şey yaxşıdır.
- Dünən toplanış çərçivəsində ilk hazırlıq matçına çıxdınız. Fərqanə “Neftçi”si üzərində qazanılan 5:0 hesablı qələbəni necə şərh edərdiniz?
- Hazırda 100 faiz hazır deyilik. Çünki məşqlərə təxminən 10 gündür başlamışıq. Buna baxmayaraq, gözəl oyun alındı. Yaxşı çıxış etdik. İlin ilk matçında gözəl qələbə oldu. İndi bu tempi saxlamalıyıq.
- Qarşıdan ilin ilk rəsmi matçı – Çempionlar Liqasında “Ayntraxt”la görüş gəlir. Frankfurt təmsilçisini rəqib kimi necə qiymətləndirirsiniz?
- “Ayntraxt” çox güclü komandadır. Onların üstünlüyü var. Bizimlə görüşə qədər 3 rəsmi oyun keçirəcəklər. Buna görə biz daha yaxşı çalışmalıyıq, daha hazır vəziyyətdə olmalıyıq.
- “Ayntraxt” 3 gün əvvəl Dortmund “Borussiya” ilə bərabərə qaldı (3:3). Həmin görüşü izlədiniz?
- Xeyr, açığı həmin görüşə tam baxa bilməmişəm. Onsuz da istənilən halda “Ayntraxt”ı tanıyırıq. Bilirik ki, Bundesliqa hansı səviyyədədir. “Ayntraxt” nəyə qadirdir. Heyətlərində kifayət qədər güclü futbolçular var. Bir sözlə, bizi çox çətin oyun gözləyir.
- Bu görüşü “Qarabağ” üçün Çempionlar Liqasında son şans hesab etmək olar?
- Bu, son yox, yaxşı şansdır. Evdə oynayacağıq. İnanıram ki, azarkeşlərimiz də bizə həmişə kimi, əla dəstək verəcəklər. Onların dəstəyi ilə meydandan yaxşı nəticə ilə ayrıla bilərik. Lakin bunun üçün çox çalışmaq lazımdır.
Mbappe 500-ə çatdı
"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
"Bu məğlubiyyət daha acı oldu" - Zaur Həşimov
"Real" Vinisius məsələsində geri çəkilmək istəmir
Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?
"Şamaxı" - "Şəfa" oyununun heyətləri müəyyənləşdi
"Çelsi"nin kapitanı dizindən əməliyyat olundu
Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi
AFFA həkimi olmayan klubları cərimələdi
Karvahalı transfer etdilər, Sanço ilə danışıq gedir
İki günə qırılan rekord
"Milan"ın darmadağını - Video
"Qarabağ” - “Neftçi” oyununa azarkeş marağı yüksəkdir
Salah avrokuboklarda bunu bacaran ilk oyunçudur
Dünya çempionatında daha bir gümüş medal
Sanki Almaniya yox, Türkiyədir - Video
Kamilo Duran “Benfika”ya yenə qol vurdu
Konfrans Liqasında Liqa mərhələsi başladı
"Beşiktaş", "Milan" və "Yuventus"dan qələbə
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video