“Bu oyunda azarkeş sayında rekord vurulması çox xoş idi. İstərdik ki, həmişə tribunalar belə dolu olsun, oyunlarımız da maraqlı və gərgin keçsin”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan kubokunun yarımfinal mərhələsində "Sabah"a qarşı keçirdikləri ilk oyun barədə danışarkən deyib.
Jurnalistlərin suallarını cavablandıran forvard 2:2-lik heç-heçəni belə şərh edib: “Sabah”a qarşı yaxşı oynadıq. Düşünürəm ki, qələbə qazanmaq üçün yaxşı şansımız var idi. Sadəcə nələrsə çatışmadı. İkinci qoldan sonra oyunumuzda bir qədər eniş oldu. İnşallah, cavab matçında qələbə qazanmağa çalışacağıq”.
O, “Qarabağ”ı qarşıda çətin qrafik gözlədiyini vurğulayıb: “Neftçi” ilə, “Sabah”la oyunlarımız var. Əslində, bu cür gərgin matçların sayı nə qədər çox olsa, həm çempionatımız, həm də kubok maraqlı keçər. Güclü rəqiblərlə qarşılaşmaq bizim üçün də xoşdur. Ona görə yaxşı məşq edib hazırlaşacağıq. Çalışacağıq ki, qələbələr qazanaq, maksimum nəticə əldə edək”.
Qurbanlı komandasının son 4 matçda “Sabah”a qalib gələ bilməməsi barədə də sualı cavablandırıb: “Sabah” çox yaxşı komandadır. Bunu artıq sübut ediblər. Çempioluğa oynayırlar. Yaxşı məşqçiləri, yaxşı heyətləri var. Sürətləmiş, təşkilatlanmış kollektivdir. Məğub edə bilmədiyimizi deməzdim, sadəcə güclü rəqibdirlər. Düzdür, hazırda belə alınır, son oyunlarda onlara qalib gələ bilmirik. Lakin inanıram ki, qarşıdakı matçlarda qələbə qazanacağıq”.
Sonda 24 yaşlı futbolçu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Musa məşqlərdə çox çalışır, daha çox şans qazanmaq istəyir” fikrinə münasibət bildirib: “Açığı, aramızda bu barədə şəxsi danışığımız olmayıb. Vurğulayıbsa, demək ki, belə bir şey var. Mən yenə də eyni işi görürəm. Başa düşürəm ki, daha çox çalışmalıyam, daha da artırmalıyam”.
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
"El-Klasiko"nu buraxacaqlar
"İmişli" - "Şamaxı": Heyətlər
Neymar qırmızı vərəqədən sonra susmadı
Mahirin komandasından növbəti məğlubiyyət
Stefano Pioli: “Məni hələ məşqçi kimi silmək olmaz”
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - Video
Balayev müsahibəni niyə yarımçıq saxladı? - Video
“Sabah”ın futbolçusu Almaniya klubuna keçmək istəyir, amma…
“Tottenhem”dən 40 illik həsrətə son - Video
Canni İnfantino İlham Əliyevə təşəkkür edib
Nərimanın komandası qalib gəldi - Superliqa
London derbisini "Tottenhem" qazandı, "Arsenal"dan qələbə
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
Baş məşqçi meydandan qovuldu