"Arsenal"ın qapıçısı "Aston Villa"da - Rəsmi

"Arsenal"ın qapıçısı "Aston Villa"da -  Rəsmi
XƏBƏR 16 Sentyabr 2020 / 14:30 2354
-  A +

İngiltərənin "Aston Villa" klubu "Arsenal"ın qapıçısı Emiliano Martinesi transfer edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, argentinalı qapıçı ilə 4 illik müqavilə imzalanıb. Birmingem təmsilçisi bu keçid üçün "Arsenal"a 20 milyon funt-sterlinq ödəyib.

Qeyd edək ki, 28 yaşlı qapıçı 2010-cu ildə 1,5 milyon avro qarşılığında Argentinanın "İndependyente" klubundan London təmsilçisinin akademiyasına keçib.

 


Qarabağ FK
Son xəbərlər
24.09.26  01:49

"Tottenhem"də itki

topaz banner