"Liverpul"dan rəsmi transfer

"Liverpul"dan rəsmi transfer
DÜNYA FUTBOLU 10 Avqust 2020 / 22:45 4805
-  A +

"Liverpul" növbəti transferini həyata keçirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi "Olimpiakos"un müdafiəçisi Konstantinos Tsimikası heyətinə qatıb. 24 yaşlı oyunçu ilə uzunmüddətli müqavilə imzalanıb. Yunan futbolçunun yeni klubunda 21 nömrəli forma geyinəcəyi bildirilib.

Britaniya mətbuatı bu transfer üçün "Liverpul"un 13 milyon avro təzminat ödədiyini yazıb.

Qeyd edək ki, Tsimikas 2019/2020 mövsümündə Yunanıstan çempionatında 20 matçda 5 qol vurub.

 


Son xəbərlər