Dadaşovdan növbəti qol

Dadaşovdan növbəti qol
ÖLKƏ FUTBOLU 2 Avqust 2020 / 12:04 2950
-  A +

ABŞ-ın birinci liqasında (USL) 5-ci turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, milli komandamızın futbolçusu Rüfət Dadaşovun formasını geyindiyi "Finiks Rayzinq" "El Paso"nu qəbul edib. Matç "Finiks Rayzinq"in 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Rüfət oyuna start heyətdə daxil olub, 82-ci dəqiqəyədək mübarizə aparıb. O, 19-cu dəqiqədə  penaltidən hesabı açıb. Dadaşov bundan əlavə 1 qolun vurulmasında da iştirak edib.

Bu, futbolçumuzun mövsümdəki 4-cü qolu olub.

Qeyd edək ki, "Finiks" hazırda 10 xalla B qrupunda 2-cidir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord