"Real"ın daha bir sabiq prezidentində koronavirus aşkarlandı

"Real"ın daha bir sabiq prezidentində koronavirus aşkarlandı
DÜNYA FUTBOLU 23 Mart 2020 / 22:40 2026
-  A +

"Real"ın sabiq prezidenti Fernando Martin koronavirusa yoluxub.

Qol.az "Marca"ya istinadən xəbər verir ki, onun koronavirus testinin cavabı müsbət olub. 72 yaşlı keçmiş futbol funksioneri Madriddəki xəstəxanaya yerləşdirilib.

F.Martin 2006-ci ildə 2 ay müddətində "kral klubu"nun prezidenti olub.

Qeyd edək ki, "Real"ın daha bir sabiq prezidenti Lorenso Sans martın 21-də 76 yaşında koronavirus xəstəliyindən  dünyasını dəyişib.

Son xəbərlər