"Tobol"da oynayan millimizin qapıçısı Emil Balayev Qazaxıstan Premyer Liqasında bu mövsüm ikinci dəfə "quru" seriyaya imza atıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 25 yaşlı qolkiper artıq 339 dəqiqədir ki, qapısını toxunulmaz saxlayır və göstəricidə hazırda ilk pillədə qərarlaşıb. O, sonuncu dəfə iyulun 28-də "Kaysar"la görüşdə qol buraxıb.
Qeyd edək ki, bu mövsümün rekordu da məhz E.Balayevə məxsusdur. O, 683 dəqiqə qapısına toxunulmaz saxlamışdı.
Xatırladaq ki, Qazaxıstan çempionatları tarixində ən uzun seriyaya isə 921 dəqiqə ilə 2005-06 mövsümündə "Kayrat"da oynayan Sergey Boyçenko imza atıb.
“Milan”dan ayrılacaqlar
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı
Oyundan imtina etdi, müdafiəçi ehtiyat qapıçı oldu
Azərbaycan millisi Litvadan xalla qayıdır
“İmişli” “Araz-Naxçıvan”a qalib gəldi