"Neftçi"nin sabiq məşqçisi Kamal Quliyev Qol.az-a müsahibə verib. Topaz Premyer Liqada mövsümün ilk 5 turunu dəyərləndirən mütəxəssis maraqlı fikirlər səsləndirib.
- Artıq Premyer Liqada 5 tur oynanılıb. Bu oyunlara əsasən çempionatda nə kimi dəyişikliklər müşahidə etmisiniz? Əvvəlki illərlə müqayisədə hansı fərqlər var?
- İldən-ilə çempionatımızın səviyyəsi aşağı düşür, yuxarı qalxmır. Yaxşı legionerlərin sayı getdikcə azalır. Bir ara ölkəyə normal futbolçular gəlirdi. İndi isə hər şey enişə doğru gedir. Tək "Qarabağ"ın qazandığı yaxşı nəticələr bütün Azərbaycan futbolunun uğuru deyil. Bu, normal bir klubun düzgün idarəçiliyinin bəhrəsidir. Amma Azərbaycan futbolu bir tək "Qarabağ"dan ibarət deyil. Klub olaraq, düzgün yoldadılar, ona görə də uğur qazanırlar. Milli komandalarımızın qazandığı uğur bizim uğurumuzdur. Bu da göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.
- Bu mövsüm çempionluğa əsas namizəd kimi görürsünüz?
- Birmənalı olaraq, "Qarabağ"ın çempion olacağını düşünürəm. Başqa namizəd görmürəm. Həm heyət, həm güc, həm oyun, həm də səviyyə baxımından hamını üstələyirlər. "Qarabağ"ın bu mövsüm çempion olmaması sensasiya sayılar.
- Ancaq ilk 5 turdan sonra turnir cədvəlinə "Neftçi" başçılıq edir...
- "Neftçi"nin liderliyi müvəqqətidir. Komanda bu heyətlə ilboyu turnir cədvəlinin zirvəsində ola bilməz. Gec-tez hamı öz yerini tutacaq. 5 tur nədir ki?! Qarşıda çox oyun var.
- "Neftçi"nin hazırda ilk pillədə olmasında Roberto Bordinin işi hiss olunurmu? Kənardan bu, necə görünür?
- Bilirsiniz, indi bu barədə nəsə demək çox tezdir. Çünki çempionat yeni başlayıb. Digər tərəfdən, indi Bordin haqda fikir bildirsən, deyəcək ki, komandam liderdir. Ona görə də ən azı qışa qədər gözləmək lazımdır. Bundan sonra nəyisə təhlil etmək, fikir yürütmək olar. Ancaq mən Bordinin işinə "Neftçi" Avropa Liqasının 1-ci təsnifat mərhələsində səfərdə "Uypeşt"ə 0:4 hesabı ilə uduzanda qiymət vermişdim. Özünə hörmət edən məşqçi olsaydı, elə Macarıstandan öz ölkəsinə çıxıb gedərdi.
- Bordinin gəlişindən sonra "Neftçi"nin heyəti də yeniləndi. Komandaya cəlb olunan legionerlərin səviyyəsi haqda hansı fikirdəsiniz?
- Yenə bayaqkı fikrimə qayıdıram, hələ 5 tur keçib. Fasiləyə qədər hansısa futbolçu haqda mənfi və ya müsbət rəy vermək asan deyil. Gəlin, dekabr ayını gözləyək. Ondan sonra kimin nəyə qadir olduğu üzə çıxacaq.
- "Qəbələ" mövsümə uğursuz başlayıb. Komanda hazırda 4 xalla 6-cı pillədə qərarlaşıb. Bu barədə nə deyə bilərsiniz?
- Bunu hər yerdə demişəm, indi də təkrar edirəm ki, uşaq futboluna "Qəbələ" kimi diqqət yetirən ikinci bir klub tanımıram. Hər şey yüksək səviyyədə təşkil olunub. Hər gün 80 uşaq Qəbələdə gündə 3 dəfə yemək yeyir. Hər birinin paltarı gül kimi yuyulub, öz yerlərinə qoyulur. Futbolçunun yetişməsi üçün nə lazımdır? Beynəlxalq turnirlər. "Qəbələ"nin müxtəlif yaş qrupları 2 aydan bir Avropanın fərqli şəhərlərində turnirlərdə olurlar. Amma əsas komanda tamam başqa bir şeydir. Qriqorçukun gedişindən sonra bu komandadan nə gözləmək olardı? Büdcənin azaldılması, Sənanın baş məşqçi təyin olunması göstərirdi ki, komanda bu il necə olacaq. Bundan sonra nə etmək olar ki? Mövsümün əvvəlində nəsə etmək lazım idi. Artıq çox gecdir. Çempionatı bu cür başa vurmalısan.
- Belə bir fikir də var ki, "Qəbələ"də Sənan Qurbanovun işi görünmür...
- Sənan nə yatdı ki, nə də yuxu görsün. Əcnəbi məşqçi gələndə ondan ötrü sinov gedirik. Çalışırıq ki, onun üçün hər şey yaxşı olsun. Düzdür, Sənan akula, əjdaha məşqçilərin yanında oturdu. Böyük təcrübəyə malik olmalıdır. Amma baş məşqçi işi ilə köməkçi işi tamam başqa şeylərdir. Ən azı 1 mövsümlük ona da şans verək. Başqası deyil, özümüzünküdür. Məşqçinin işi sonda görünür. Razıyam, kolektivə yad insan deyil. İllərdir "Qəbələ"də işləyir. Ancaq yenə deyirəm, hər işin öz məsuliyyəti var. Ola bilər ki, müəyyən səhvlər edir. Ancaq hər şeyi nəzərə almaq lazımdır.
- Ötən mövsüm birinci diviziondan Premyer Liqaya gətirilən "Sabah" haqda hansı fikirdəsiniz? Elşad Əhmədovun başçılıq etdiyi kollektiv hazırda 10 xalla 3-cü sırada yer alır...
- "Sabah" Premyer Liqada yeni olsa da, pis çıxış etmir. Onu mövsümün sürpriz komandası adlandırmaq olar. Belə getsə, heç kimdən geri qalmayacaq. Sadəcə, büdcə məsələsi önəmlidir. Onlar hazırkı büdcə ilə çempionata belə başlayıblarsa, deməli, nəsə var. Hər şey seleksiyadan asılıdır. Bunu işlədiyim dövrlərdə də müşahidə etmişəm. Seleksiya işini necə aparacaqsansa, nəticələrin də elə olacaq. Əkdiyin ağaca düzgün qulluq etsən, bəhrəsini görəcəksən. Seleksiya ən vacib şərtdir.
- Sizcə, debütantın mövsümün sonuna kimi belə davam etməyə gücü çatacaqmı?
- Yenə deyirəm, qarşıda hələ uzun marafon var. Ancaq fasilədə yeni transferlər etməlidirlər. Çünki zədəli, formada olmayan futbolçular olacaq. Boşluqları doldurmaq üçün yeni futbolçular gətirilməlidir.
- "Sumqayıt" da mövsümə pis başlamayıb. Bu komandanın çıxışını necə dəyərləndirirsiniz?
- "Sumqayıt"da çox dəyişiklik oldu. Aparıcı futbolçulardan Cavid İmamverdiyev getdi. Oyunun taleyini həll edə, istənilən anda rəqib üçün təhlükə yarada bilən futbolçudur. Komandada yeni futbolçular var. Onların oyununu izləmədiyim üçün nə isə deməkdə çətinlik çəkirəm.
- Hazırda autsayder olan "Zirə" bir neçə gün öncə Ayxan Abbasovu Samir Abasovla əvəzlədi. Necə düşünrsünüz, yeni baş məşqçi komandanı vəziyyətdən çıxara biləcəkmi?
- "Zirə"də artıq seleksiya işi olub. Samir qışa qədər dözməlidir. Çünki artıq komanda yığılıb. Yalnız ora-burasını düzəldə bilər. Başqa cür mümkün deyil.
Elnur SALAHOV
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı
Qvardiola bunu ilk dəfə bacardı
Millimizin üzvü oynadı, komandası uduzdu
Qadın hakimi yıxsalar da, kömək etmədilər - Video
Maldini İtaliya futboluna rəhbərlik edə bilər
"Nəticə haqda soruşmağa ehtiyac yoxdur" - Slot 0:4 haqda
“Trabzonspor” - “Qalatasaray” matçında dava düşdü - Video
"Real"ı belə məğlub etdilər - Video
Nəriman ABŞ-da 2-ci oyununa çıxdı
"Mançester Siti" "Liverpul"u darmadağın etdi - Video
“Barselona” “Real”la xal fərqini artırdı
“Arsenal” kubokla vidalaşdı
Zamiqin komandası 3 xalı 3 qolla qazandı
“Bavariya”dan möhtəşəm geridönüş - Video
“Qalatasaray” “Trabzonspor”a uduzdu
Cəlal oynadı, komandası qalib gəldi
“Bayer”dən 6 qollu qələbə - Video
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı