Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.
Qol.az xəbər verir ki, 2-ci oyun günündə 8 matç keçirilib.
Həmçinin oxuyun: ÇL-də növbəti mərhələyə yüksələn 4 klub bilindi
"Qarabağ" Bakı Olimpiya Stadionunda "Rakov"u qəbul edib. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə "Rakov" qalib gəldiyindən (3:2) mərhələni adlayıb. "Qarabağ" isə Avropoa Liqasının 3-cü təsniaft mərhələsində HİK-lə (Finlandiya) qarşılaşacaq.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiya "Dinamo"su (Zaqreb) "Astana"nın (Qazaxıstan) qonağı olub. İlk görüşdə rəqibini darmadağın edən (4:0) Zaqreb təmsilçisi bu oyunda da qələbə qazanıb (2:0) və mərhələni adlayıb. Mahir oyunun 24-cü dəqiqəsində qol vurub.
Türkiyə çempionu "Qalatasaray" isə Litva "Jalgiris"ini qəbul edib. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb. Bu dəfəki oyun isə "Qalatasaray"ın qələbəsi ilə nəticələnib - 1:0. Beləliklə, "Qalatasaray" da 3-cü mərhələyə yüksəlib.
2 avqust
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
18:00. "Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 0:2
İlk oyun - 0:4
20:00. "Qarabağ" (Azərbaycan) - "Rakov" (Polşa) - 1:1
İlk oyun - 2:3
21:00. "Haken" (İsveç) - "Klaksvik" (Farer adaları) - 3:3 (Penaltilər seriyası - 3:4)
İlk oyun - 0:0
21:00. "Genk" (Belçika) - "Servett" (İsveçrə) - 2:2 (Penaltilər -1:4)
İlk oyun - 1:1
21:00. "Molde" (Norveç) - HİK (Finlandiya) - 2:0
İlk oyun - 0:1
21:00. "Makkabi" (Hayfa, İsrail) - "Şerif" (Moldova) - 4:1
İlk oyun - 0:1
22:00. "Kopenhagen" (Danimarka) - "Breydablik" (İslandiya) - 6:3
İlk oyun - 2:0
22:30. "Qalatasaray" (Türkiyə) - "Jalgiris" (Litva) -1:0
İlk oyun - 2:2
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi