Moldovanın “Nistru” klubunun sabiq futbolçusu Katalin Likioyu “Xəzər Lənkəran”la bağlı sensasiyal ittihamlar irəli sürüb.
Qol.az xəbər verir ki, Moldovanın moldfootball.com saytına müsahibəsində o, 2005/06 mövsümündə UEFA kubokunun “Xəzər Lənkəran”la görüşündə rüşvət təklifi ilə üzləşdiyini iddia edib.
Qeyd edək ki, məsələ ilə bağlı “Xəzər Lənkəran”ın o dövrkü rəhbərliyinin fikrini öyrənmək mümkün olmayıb. Bununla belə, onlara tribuna verməyə hazır olduğumuzu bildirməklə yanaşı Katalin Likioyunun müsahibəsini təqdim edirik.
- “Nistru”nun “Xəzər”lə oyunları Moldova klublarının avrokubok tarixində ən qaranlıq məqamla yadda qalıb. Gəlin, indi həmin vaxt baş verənlər ətrafındakı sirri açaq. Sizə həqiqətənmi pul təklif olunmuşdu?
- Bəli.
- Nə qədər?
- Azərbaycanlılar moldovalı agentlər vasitəsilə bizim maaş və mükafatlarımızı öyrənmişdilər. Bundan sonra bizə 250 min dollar təklif etdilər ki, “Xəzər” – “Nistru” oyununda lazım olan hesabla məğlubiyyəti təşkil edək.
- Bu məbləğ “Nistru” rəhbərliyinə, yəni Vasili Traqireyə təklif olundu, yoxsa oyunçulara? Ümumiyyətlə, bu, necə baş verdi?
- Moldovalı agentlərdən biri dedi ki, “Xəzər”dən bir nəfər sizinlə danışmaq istəyir. Biz onda hələ bilmirdik ki, hansı məsələdir. Məndən başqa daha iki futbolçu – qapıçı Leu və müdafiəçi Lupaşko ilə də əlaqə saxladılar. Birbaşa işbirliyi təklif etdilər və 250 minlik məbləğ səsləndirdilər. Bizdən başqa heç kim bu təklif barədə bilmirdi.
- Belə çıxır ki, sizin seçiminiz var idi. Bu pulu götürüb aranızda bölə bilərdiniz. Hərəniz 80 min götürəcəkdiniz. Qapıçı, mərkəz müdafiəçisi və mərkəz hücumçusu olduğunuzu nəzərə alsaq, bu, “Xəzər”in qələbəsi üçün kifayət etməli idi. Siz üçünüz əsas heyətin daimi üzvləri idiz və sizi heç kim də dəyişməyəcəkdi. Əsas qapıçı, kapitan, bombardir...
- Bəli, biz bu pulu götürə bilərdik. Amma biz belə etmədik.
- Bu təklifi biləndən sonra nə etdiniz?
- Bütün komanda ilə toplaşıb, futbolçulara belə variantın olduğunu dedik. Biz bir ailə idik və qərarı birlikdə verdik. Oyunçular dedi ki, meydana çıxıb qələbəmizə düzgün oynayacağıq.
- Bu pulu qardaş kimi 18 futbolçu arasında da bölsəydiz, hərənizə 14 min düşərdi...
- Belə çıxır.
- Bəs rəhbərlik sizə “Xəzər”i keçmək üçün nə verdi?
- 4 min dollar
- Bu, azərbaycanlıların təklif etdiyindən təxminən 3 dəfə azdır. Özü də siz həmin 4 mini almaya da bilər və heç nə olmadan qalardınız...
- Başa düşürəm. Amma imtina etdiyimiz üçün peşman deyiləm. Gərginlik olmadan çıxıb 10 min artıq qazanardıq. Amma həmin vaxt səfərdə iki qol vuranda məni bürüyən emosiyalar heç nə ilə müqayisə oluna bilməz. Bunu heç bir pulla almaq olmaz. Mən oyun və nəticədən ağlasığmaz məmnunluq aldım. 10 min dollar bunun yanında heç nədir. Bu, mənim futbol karyeramın ən yaddaqalan anıdır. Bu iki qol uzun müddət həyatımızın ən vacib hadisəsi idi. Uşağım olanadək.
- Təsəvvür edirsiniz, 2005-ci ildə Moldovada 90 dəqiqəyə 14 min dollar qazanmaq nədir. Başqaları səhər 8-dən axşam 6-ya qədər həftədə 5-6 gün işləməklə 3 ilə əldə edə bilmirdi...
- Biz öz karyeramızı korlamaq istəmirdik. Sonradan hardasa üzə çıxacaqdı. Onda heç bir normal kluba düşə bilməzdik. Bir anlıq 10-14 min üçün risk eləməyə dəyməzdi. Gələcəyimizi korlaya bilməzdik. Həmin matçdan dərhal sonra “Xəzər” mənə ora keçməyi təklif etdi. Yaxşı şərtlər təklif olundu. On dəfələrlə artıq qazana bilərdim.
- Niyə keçmədiniz?
- Onlar üç nəfər – məni, Yançuku və Andrey Matsyuranı istəyirdi. Amma rəhbərlik buraxmadı.
- Niyə?
- Daha zəif çempionata və daha zəif kluba keçməyin mənasız olduğunu dedi. Biz onları iki dəfə udduq və aşkar güclü idik. Bu üzdən rəhbərlik daha güclü liqaya getməyimizi istəyirdi, nəinki Azərbaycan çempionatına.
- Bəlkə də düz idi. Həmin illərdə Moldova klubları Azərbaycan təmsilçilərini həmişə keçirdi. “Zimbru”, “Tiraspol”, “Daçiya”, “Olimpiya”, “Nistru” komandaları “Qarabağ”ı, “MKT-Araz”ı, “Xəzər Lənkəran”ı və “Bakı”nı mübarizədən kənarlaşdırmışdı...
- Bilirsiz də, orda pula görə şərait var idi. “Xəzər”in prezidenti təkcə “Bakı” üzərində bir qələbəyə görə hər futbolçuya yeni BMW Х5 vermişdi.
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi
"Napoli"də qalır
İçib klub direktorunu təhqir etdi, ağır cəza aldı
İspaniya millisinin üzvü 10 illik müqavilə bağladı
Juninyo yeni klub axtarışına çıxıb - İki təklif var
Bütün dəvətləri rədd etdi, amma...
Veşoviç: "Artıq "Qarabağ"da darıxırdım"
Remzinin yeni klubu rəsmiləşdi
Millinin keçmiş qapıçısı dünyasını dəyişdi
Eldor Şomurodov Türkiyə Superliqa klubuna icarəyə verildi
Azərbaycan klubuna yeni baş məşqçi təyin edilib
Şahruddin "Real" Madridə çağırış etdi - Video, Şəkil
Suares “İnter Mayami”dən gedir
Santuş Jotanın faciəvi ölümü haqda danışdı
Ağ Evdə UFC döyüşü keçiriləcək
"Milan"dan yeni transfer
Daha iki boksçumuz dünya kubokunun yarımfinalında
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Fatih Terimi o əvəzlədi - Rəsmi
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
"Qəbələ" 19 yaşlı legionerlə müqavilə imzaladı
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu
Şahruddin, neynirsən sən?! - Video
"Komo" almaniyalı vingerlə razılaşdı
Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi
"Napoli"dən La Liqaya
"Mingəçevir" iki futbolçusu ilə yollarını ayırdı
“Araz-Naxçıvan”ın "Aris"lə oyunlarının hakimləri
“Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri müəyyənləşdi
AFFA “Qəbələ”yə ayırdığı pulu açıqladı