"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Avstriyada komandasının məşqi zamanı vurduğu qol sosial medianın Azərbaycan seqmentində az qala virala çevrildi.
31 yaşlı qapıçı akrobatik tullanışla polşalı həmkarı Mateuş Koxalskinin qoruduğu qapıya qol vurmaqla diqqətləri yenidən üzərinə çəkdi. Şahruddin çox vaxt qapıdakı inamlı oyun nümayiş etdirib. Amma bəzən kobud səhvlər də edib. Bu isə komandası "Qarabağ"a xüsusən avrokuboklar matçı zamanı ağır başa gəlib. Məhz buna görə onun hərəkətləri geniş müzakirə olunur.

QOL.az xəbər verir ki, Məhəmmədəliyev dünən özünün İnstaqram səhifəsinin vurduğu qolun videosunu paylaşıb. Bu zaman o, zarafatından qalmayıb və İspaniya nəhəngi "Real"a çağırış edib.
O, paylaşıma "Real" Madrid, call me" ("Real" Madrid, mənə zəng et) sözlərini yazıb.
"Tottenhem"dən gedir
"Şəmkir"də yeni təyinat
Ferran Torres PSJ-də
Kurtua qayıdır
Toy, toy, toydur bu gün…
Sabiq "Arsenal"lı"Kristal Pelas"da
Bennaser "Milan"dan ayrıldı
Zidanın oğlu ilə müqaviləyə xitam verildi
"Mançester Yunayted" 18 yaşlı futbolçu aldı
"Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Rusiya “Çernomorets”in stadionunu raketlə vurdu - Video
"Real"ın futbolçusu "Fiorentina"ya keçdi - Rəsmi
"Barselona"nın ilk rəsmi təklifi rədd edildi
"Borussiya"nın futbolçusu A seriyası klubunda
“Bizim xarakterimizdə təslim olmaq yoxdur” - Musa Qurbanlı
Albaniya da İnfantinoya dəstəyini geri götürdü
“Zirə” Namik Ələskərovla yolları ayırdı