“Zirə”nin baş məşqçisi Zaur Həşimovun Qol.az saytına müsahibəsi
- Millimizin üzvü Emil Balayevin transferi haqda fikirlərinizi bilmək istərdik. Keçid necə alındı?
- Biz qış transfer pəncərəsi zamanı da Emilə təklif göndərmişdik. O da demişdi ki, xarici ölkələrdə oynamaq istəyir. Bizim komandada isə qapıçı kimi Boyan Zoqoviç var, bir də Orxan Sadıqlı. Komandada legionerləri meydana buraxmaq üçün yerli qolkiperə daha çox ehtiyac var. Biz də Emili sona qədər gözlədik. O da təkliflərini dəyərləndirirdi. Sonda belə alındı. Təklif göndərdik, sağ olsun, gəldi, mövsümün sonunadək "Zirə"də oynamağa etiraz etmədi.
- Komanda son oyunlarda çox qol buraxdı və bu qollarda qapıçı Orxan Sadıqlının da səhvləri var idi. Emilin transferini sırf bununla bağlamaq olar?
- Hücumçularda da olur ki, 5-6 matç ard-arda qol vura bilmirlər. Psixoloji durumu yaxşı vəziyyətdə olmayan qapıçılar da olur, oyunu alınmır. Orxan da bu “qara zolağ”a düşdü. Özü də peşmandır, pis olur. Bunu görürəm. Bu gün üçün zərurət yarandı ki, Balayevə yenidən müraciət edək.
- Özünüz də vurğuladınız ki, komandada legioner Boyan Zoqoviç də var. Emilin gəlişi onun durumuna necə təsir edəcək?
- Rəqabət olacaq. Sadəcə, yerli futbolçuların sayı azdır. Legionerlərdən də maksimum istifadə etməkdən ötrü biz məcburuq ki, qapıda azərbaycanlı oyunçuya yer verək. İndi ola bilər ki, zərurət yaranar Boyandan da istifadə edərik.
- Limit məsələsini və Emilin də oyununu nəzərə alsaq, demək olar ki, artıq Balayev əsas qapıçınız olacaq?
- Emil milli komandamızın qapıçısıdır. Ötən il Qazaxıstanda çox gözəl, yüksək səviyyədə mövsüm keçirib. Gətirməkdə məqsədimiz odur ki, daha etibarlı yerli qapıçımız olsun. Amma rəqabət yenə də olacaq.
- Ümumiyətlə, bu ardıcıl məğlubiyyətlər sırf qapı xətti ilə bağlıdır, yoxsa problem ümumi komandadır?
- Mən bu barədə həmişə qeyd edirəm ki, komanda yalnız müdafiəçilərdən, qapıçıdan ibarət deyil. Komanda şəklində problemlərimiz var idi. Amma sırf son matçda - "Qəbələ" ilə görüşdə komanda şəklində çox gözəl müdafiə olunmuşduq. Hətta birinci hissədə qapımıza zərbə belə getməyib. İkinci hissədə "Qəbələ"nin 100 faizlik qol epizodu yox idi. Sadəcə olaraq 2 dəfə uzaqdan zərbələri vardı. Orada mübarizədən sonra top tirə dəydi, yerə düşdü. Qolları gördünüz. Videoanalizdə də baxanda birinci topun qapıdan keçib-keçmədiyinə şübhə edirik. Amma nə olur, olsun, hər iki qol uzaqdan gələn zərbələrdən vuruldu. Qapıçımızın səhvi var idi.
- Ola bilərmi ki, legioner limitinə görə Orxan Sadıqlıda arxayınlıq yaranıb, düşünüb ki, onsuz da meydana çıxacaq?
- Xeyr. Düşünmürəm ki, arxayınlıq olsun. Yəni, Orxan da istəyirdi ki, komandamız qələbə qazansın. Sadəcə olaraq dediyim kimi, “qara zolağ”a düşüb.
- Sizcə, qış fasiləsi zamanı transfer etdiyiniz futbolçular özlərini doğruldur?
- Qışda transferlərimizi etdik, hazırlıq prosesi keçdik. Yoldaşlıq görüşlərində çox yaxşı komandalara qarşı oynadıq, qələbələr qazandıq. Fasilədən sonra da ilk turda "Sabah"ı məğlub etdik. "Sumqayıt"la matçda əvvəlcə qol buraxdıq, amma sonra oyunun axarını dəyişmişdik. Hesab 1:1 idi. Sonra qol buraxıb uduzduq. Həmin matçdan sonra komanda sanki “qara zolağa” düşdü. Oradakı məğlubiyyətdən bəri hələ də özümüzə gələ bilmirik. "Qarabağ"a evdə böyük hesabla uduzduq. "Keşlə"yə də səfərdə məğlub olduq. Düzdür, komandanın daxilindəki problemləri bilirəm. Çox zədəlimiz, oyunu buraxanlarımız oldu. Yerli oyunçu problemi yaşadıq. Nə qədər desək ki, transferlər etmişik, sağ, sol cinah müdafiəçiləri baxımından əziyyət çəkirik. Belə problemlərdir. Ümumən dediyim bu “qara zolağ”a komanda şəklində düşmüşük. "Qəbələ" ilə oyunda istək və müdafiə baxımından komandadan narazı qalmamışdım. Düzdür, hücuma çıxışlarda topsuz qalırdıq. Amma ümumən komanda istəkli idi.
Ramiq AĞAMƏMMƏDOV
Uolkerin yeni klubu bəlli oldu
"Qəbələ" növbəti transferini rəsmən açıqladı - Yenilənib
UEFA "Barselona", "Çelsi" və digər klubları cərimələdi
"Neftçi"dən ayrıldı, "İmişli"yə keçdi - Rəsmi
"Real" futbolçularına 1 milyonluq mükafat vəd etdi
"Mançester Yunayted" 4 oyunçusu ilə yollarını ayırır
Fatih Terimin yerinə onu təyin etdilər
"Barselona" Niko Uilyamsla əlaqəni kəsdi
"İmişli" yayda 7 yoxlama oyunu keçirəcək
“Araz-Naxçıvan”ın rəqibi yoxlama matçında uduzdu
"Arsenal" yaponiyalı futbolçusu ilə yolları ayırdı
"Yuventus" kanadalı hücumçu transfer etdi
"Atletiko"nun futbolçusu "Betis"ə keçdi - Rəsmi
"Napoli"də qalır
İçib klub direktorunu təhqir etdi, ağır cəza aldı
İspaniya millisinin üzvü 10 illik müqavilə bağladı
Juninyo yeni klub axtarışına çıxıb - İki təklif var
Bütün dəvətləri rədd etdi, amma...
Veşoviç: "Artıq "Qarabağ"da darıxırdım"
Remzinin yeni klubu rəsmiləşdi
Millinin keçmiş qapıçısı dünyasını dəyişdi
Eldor Şomurodov Türkiyə Superliqa klubuna icarəyə verildi
Azərbaycan klubuna yeni baş məşqçi təyin edilib
Şahruddin "Real" Madridə çağırış etdi - Video, Şəkil
Suares “İnter Mayami”dən gedir
Santuş Jotanın faciəvi ölümü haqda danışdı
Ağ Evdə UFC döyüşü keçiriləcək
"Milan"dan yeni transfer
Daha iki boksçumuz dünya kubokunun yarımfinalında
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Fatih Terimi o əvəzlədi - Rəsmi
Azərbaycan güləşçisi yenidən Avropa çempionu oldu
"Qəbələ" 19 yaşlı legionerlə müqavilə imzaladı
"Liverpul" 20 nömrəli formanı dövriyyədən çıxardı
İtaliyanın tarixi klubu peşəkar turnirlərdən kənarlaşdırıldı
"Şamaxı" "İmişli" ilə də qarşılaşacaq
"Sabah"ın Avstriyadakı yoxlama oyununda 6 qol vuruldu
Şahruddin, neynirsən sən?! - Video
"Komo" almaniyalı vingerlə razılaşdı
Keçmiş futbolçusunun ölümünə belə reaksiya verdi
"Napoli"dən La Liqaya
"Mingəçevir" iki futbolçusu ilə yollarını ayırdı
“Araz-Naxçıvan”ın "Aris"lə oyunlarının hakimləri
“Araz-Naxçıvan”ın ÇL-dəki rəqibləri müəyyənləşdi
AFFA “Qəbələ”yə ayırdığı pulu açıqladı