“Futbol azarkeşlər üçündü” cümləsini zaman-zaman futbol funksionerlərinin və klub prezidentlərinin ağzından eşidirik. İşlər fırıq olan kimi azarkeşlər yada düşür, tribunaların boş qalmasından üzüntü ifadə edilir. Düzdü, bu sözlərdə həqiqət payı nə qədərdisə, qeyri-səmimilik də o qədərdi.
Siz Azərbaycan çempionatında, kubokunda sonuncu dəfə nə vaxt dolu tribunalar, anşlaq gördüyünüzü xatırlayırsız? Mən səmimi deyim ki, xatırlamıram. Boş tribunalar özünə hörmət edən legioner futbolçuları Azərbaycana gəlməkdən vaz keçdirən əsas amillərdəndi. Azərbaycan futbolu azarkeşlər üçün o qədər maraqsızdı ki, hətta biletsiz, pulsuz giriş belə heç bir maraq oyatmır, onları stadiona gətirmir. Buraxın ölkədaxili yarışları, dünya ikincisi Xorvatiyanın gəlişi belə hətta “Bakcell Arena” kimi aztutumlu stadionun tribunalarının dolmasına bəs etmir...
Bakıdan təxminən 500 km məsafədə yerləşən qonşu İranın paytaxtı Tehranda isə insanlar stadiona buraxılmadıqları üçün sözün əsl mənasında özünü öldürür. Yəqin futbolla yaxından maraqlananlar bir neçə gün əvvəl “İstiqlal” klubunun oyununa buraxılmayan bir qızın özünü yandıraraq intihar etməsindən xəbərdardı. İranda futbol matçları zamanı qadınların stadiona girişi qadağandı. Düzdü, çoxları buna məhəl qoymur, kişi paltarında sevimli komandalarını tribunadan dəstəkləyir. Səhər Xudayari adlı xanım da belə futbol azarkeşlərindən idi. O həmişəki kimi sevimli komandasının oyununu canlı izləmək istəyirdi. Amma bu dəfə polis ona qarşı amansız davranıb həbs etdi. Səhər 6 ay həbs cəzası verən məhkəmənin qarşısında özünü yandırdı. Həkimlərin bütün səylərinə baxmayaraq onu xilas etmək mümkün olmadı və Səhər Xudayari 29 yaşında həyatla vidalaşdı. Bu qızın tək “günahı” futbolu sevməsi idi. Bütün dünya İran hökümətini qınayır. Futbol üzrə İran milli komandasının kapitanından “İstiqlal”ın bütün üzvlərinəcən çoxları qonşu dövlətin özündə bu hadisəyə böyük narazılıq bildirir. Bundan sonra İranda qadınlarla bağlı bu biabırçı qadağanın ləğvi gözlənilir.
İranda qadınların stadiona buraxılmamasına baxmayaraq, stadionlar boş qalmır. Sözsüz ki, qonşumuzda futbolun bizimlə müqayisədə daha yaxşı inkişafının vacib səbəblərindən biri də bu amildi.
Qayıdaq Azərbaycana. Bəlkə azarkeşlərin stadiona gəlməməsinin səbəbi futbolu sevməməyimizdi? Birmənalı olaraq yox! Azərbaycanda futbolu sevənlərin sayı ölkədəki bütün stadionlardakı oturacaqlardan dəfələrlə artıqdı. İmkanlı azərbaycanlılar hər həftə Londona, Mançesterə, Barselonaya, Madridə, Moskvaya, İstanbula və başqa şəhərlərə sevimli klublarının oyunlarını canlı izləməyə gedir. Mən şəxsən bu səhnəni bir neçə dəfə görmüşəm. Hətta, “Çelsi” - “Mançester Yunayted” oyununa gedən bu iki komandanın azarkeşləri bir dəfə Bakı-London təyyarəsinin biznes-sinfini tam doldurmuşdu. Təəssüf ki, həmin varlılar heç vaxt öz stadionlarımızın tribunalarını doldurmayacaq.
Amma tribunalarımızı “yetim qoymayan” iki azarkeş qrupu da var. Onlar sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək “Qarabağ”-“Neftçi” oyununa bəzək ola bilərdi. Yəqin ki, bildiniz ki, söhbət “Forza “Neftçi” və “İmarət”dən gedir. Çox təəssüflər olsun ki, bir müddətdir etiraz əlaməti olaraq tribunadan çəkildiyini bəyan edən “Forza “Neftçi” azad azarkeş qrupunun rəhbəri Sübhan Əliyev bir neçə gün əvvəl açıqlama verərək boykot qərarını qüvvədə saxladıqlarını bildirib.
“İmarət”dən də sevindirici xəbərlər gəlmir. Premyer Liqada tək bu turun yox, dövrənin mərkəzi oyununda, çempionluq uğrunda mübarizə aparan iki komandanın qarşılaşmasında böyük ehtimalla tribunalarda gözlədiyimiz gözəl mənzərini görməyəcəyik. Tribunalardakı vəziyyət meydandakı mübarizəyə, futbola da birbaşa sirayət edir. Ona görə də, bu dəfə “Qarabağ” - “Neftçi” oyunu sönük keçsə təəccüblənməyin.
Bütün bunlardan sonra klub və futbol rəhbərlərimizin “Futbol azarkeşlər üçündü” sözlərini nə qədər qeyri-səmimi dediklərinə əmin olursan. Anlaşılan bu ki, futbol rəhbərlərimizə işlərini rahat görmək üçün azarkeş lazım deyil. Bəlkə də regionlarda futbol olmamasının səbəblərindən biri də budu. Çünki əyalətlərdə stadionlar demək olar ki, həmişə dolu olur. Dolu tribunalar futbolun mütləq inkişafına xidmət edən faktordu. Görünür, bu futbol rəhbərlərimizə sərfəli deyil.
Bakıdan bir neçə saatlıq məsafədə, islam respublikasının dini məhdudiyyətləri üzündən stadionda futbola baxa bilmədiklərinə görə futbolsevərlər özünə qəsd edir. Heç bir məhdudiyyət olmayan paytaxtımızda isə tribunaları boş qoymayan son insanların futbol sevgisi bilərəkdən öldürülür.
Azərbaycan futbolunun azarkeşlərinin, fanatlarının böyük əksəriyyəti kasıb təbəqədi. Onlar Londona, Madridə, başqa yerlərə gedəcək imkanda deyillər. Biləcəridən o tərəfə, Sumqayıta, Zirəyə son manatlarını, qəpiklərini verib gedirlər.
“İmarət” və “Forza “Neftçi” tribunalarımızın “sonuncu mogikanları”, az qala nəsli kəsilməkdə olan sonuncu möhtəşəm azarkeş və fanatlardı. Barı, onları qoruyaq. Onsuz da bütovlükdə iflic vəziyyətə salınan futbolumuz kimi tribunalarımızın da sabahı çox dumanlı görünür...
Anar ŞABANOĞLU
"Real"dan qələbə
Şahruddinin komandası "Qalatasaray"a uduzdu
"Əl-Hilal" ardıcıl 21-ci qələbəsini qazandı
"Mingəçevir" 3 xalı bu cür qazandı - Video
"Liverpul" 48 saat ərzində yeni baş məşqçisini açıqlayacaq
Hidayət Heydərov 4-cü dəfə Avropa çempionu oldu
Şamaxıda vurulan baxımlı qollar - Video
PSJ hücumçusunu satdı
"Şamaxı" və "Mingəçevir"dən qələbə
Azərbaycan U-18 millisinin heyəti açıqlandı
İspaniya futbolunun yeni rəhbəri müəyyənləşdi
“Barselona” De Yonqu satacaq
Finalın nominal meydan sahibi və başlanma saatı bilindi
Azərbaycan millisinin üzvü Macarıstanda bürünc medal qazandı
Aksel Vitsellə müqavilə uzadılır
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
AFFA İntizam Komitəsi qərarları açıqladı
AFFA "Neftçi"nin şikayətini təmin etmədi
De Brüynedən baxımlı qol - Video
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
"Karvan" səfərdə 4 qol vurdu - Video
Azərbaycan idmançısından Portuqaliyada üçüncü medal
“Mançester Siti” darmadağınla ikinci pillədə
Azərbaycan millisindən 2 bürünc medal - Avropa çempionatı
Musa Qurbanlının komandası yenə uduzdu
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı