Cənubi afrikalı futbolçu Hendrik Ekşteyn karyerasını ölkəmizdə davam etdirə bilər.
Qol.az-ın yerli “Soccerladuma” saytına istinadən yaydığı xəbərə görə, hazırda klubsuz olan hücumameyilli yarımmüdafiəçi Azərbaycan klublarının birindən təklif alıb. Bu barədə oyunçuya yaxın mənbələrdən biri məlumat verib.
“Ölkə xaricindən Ekşteynə təklif var. Bu transfer pəncərəsində bir neçə dəfə ona görə zəng gəlib. Əcnəbi klublardan biri futbolçuya ciddi maraq göstərir. Müqavilə bağlamaq istəyirlər. Onlar müntəzəm olaraq, oyunçunun meneceri ilə əlaqə saxlayırlar. Hətta Azərbaycandan gecə də zəng vururlar".
Ekşteynin meneceri Poles Mxize isə hələlik transfer xəbərlərinə şərh vermək istəməyib: “İndi klubun adını çəkə bilmərəm. Amma ölkə xaricindən təklif olduğunu təsdiqləyə bilərəm. Futbolçunun özü ilə hər şeyi müzakirə etməliyəm. Biz növbəti addımla bağlı məsələhətləşməliyik”.
Qol.az-ın əldə etdiyi məlumata görə, futbolçu ilə maraqlanan Azərbaycan klubu "Səbail"dir.
Qeyd edək ki, 2014-cü ildən ölkəsinin “Kayzer Çifs” klubunda çıxış edən və bu yaxınlarda komanda ilə yollarını ayıran Ekşteynlə “Orlando Pirats” və “Haylənds Park” da yaxından maraqlanır.
Ronaldo sıradan çıxdı
"Barselona"da itkilər
Bu matçdan sonra Arbeloa istefaya göndərilə bilər
"Ən doğrusu Premyer Liqa trendlərinə uyğunlaşmaqdır"
"Zirə"ni yarımfinala aparan qələbəsindən - Video
"Ninkoviçin qırmızı vərəqəsi planlarımızı pozdu" - Saşa İliç
"Həlledici mərhələyə daxil oluruq" - Rəşad Sadıqov
Səudiyyə Ərəbistanı çempionatı dayandırılacaq?
“Xankəndi”nin qələbəsindən - Video
Azərbaycan kubokunda ilk yarımfinalçı müəyyənləşdi
Futbolçu klubla müqaviləni yeniləməkdən imtina etdi
ABŞ İran millisinin DÇ-2026-da iştirakını dəstəkləyir
"Liverpul"a gəlmədən zədələndi
"Real"ın hücumçusu sıradan çıxdı, DÇ-2026-nı buraxacaq
Qadın millimizin qələbə qolları - Video
"Araz-Naxçıvan"ın kapitanı məşqlərə başladı
"Qalatasaray"ın matçı təxirə salındı
“Flamenqo”nun yeni baş məşqçisi bəlli oldu