"İlk növbədə, cəbhədə döyüşən əsgərlərimizə uğurlar arzulayırıq. Həmişə onların yanındayıq. Gəncədə düşmən tərəfindən atılmış mərmi nəticəsində həlak olan insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Yunis Hüseynov səfərdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VI tur matçından sonra mətbuat konfransında deyib. 55 yaşlı mütəxəssis qələbə əzmi ilə çıxdıqları qarşılaşmadan 3 xalla ayrıla bilməmələrindən təəssüfünü ifadə edib. Bununla belə, Hüseynov komandasının pis təsir bağışlamadığını vurğulayıb. Onun fikrincə, "Səbail" uduzduğu əvvəlki oyunlarda yaxşı oyun sərgiləyib.
Təcrübəli baş məşqçi fərqlənmək üçün imkanlarının həddindən artıq olduğunu iddia edib: "Bu gün ilk 5 turda yaratmadığımız qədər imkanlarımız oldu. Lakin qol şanslarımızdan yararlana bilmədik. Futbolun qanunudur: Sən istifadə edə bilmirsənsə, rəqib bacarar. Belə də oldu. "Səbail" qapımız qarşısında bir-iki təhlükəli epizod yaratdı və birindən istifadə etdi. Deməzdim ki, 1 xal qazandıq. Bu gün 2 xal itirdik. Qarşıda "Neftçi" ilə ağır oyunumuz var. 3 xalı bu matçda qazanmağa çalışacağıq".
Hüseynov fərqlənə bilməmələrinə "Səbail"in qapıçısı Nikolas Hagenin bir neçə epizodda mane olduğunu da vurğulayıb: "Futbolda qol vura bilməyəndə bəxt amilini də qabardırlar. Bu gün bizdə çoxlu imkan olsa da, rəqib qapıçı özünü yaxşı tərəfdən göstərdi. Həm də bəxt bizdən üz döndərdi".
Alan Şirer qəza keçirdi
“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov
Millimizin paltardəyişmə otağını su basdı - Video
Ukrayna millisi qarət olundu
"Atletiko"nun Simeone ilə bağlı qərarı
"İnter Mayami" tribunaya Messinin adını verdi - Tarixdə ilk
Ferland Mendi qayıtdı
“Uduzmuşuqsa, deməli, pis oynamışıq” - Rəşad Eyyubov
Azərbaycan millisinin oyununun vaxtı dəyişdirildi
Azərbaycan millisinin Sent Lüsiya ilə oyun üçün heyəti
Liqa 1-də qiyməti ən çox artan futbolçular
Argentina millisinin üzvü DÇ-2026-nı buraxacaq
Azərbaycanın U-21 millisi Portuqaliyaya 4 qolla uduzdu
78 yaşlı Hocson bu klubu çalışdıracaq
Azərbaycan - Portuqaliya oyununa “yüksək maraq” - Video
U-17 millisi seçmə mərhələdə 2-ci oyununu keçirdi
FİFA-dan Türkiyənin 2 klubuna transfer qadağası
Mbappe tarixi rekordun bir addımlığında