"Komandam fantastik oynadı" - Kipr millisinin baş məşqçisi

"Komandam fantastik oynadı" - <b style="color:red"> Kipr millisinin baş məşqçisi</b>
ÖLKƏ FUTBOLU 13 Oktyabr 2020 / 23:00 2442
-  A +

“Mən komandama sadəcə bir söz deyə bilərəm. Mənim komandam fantastik oynadı".

Qol.az xəbər verir ki, bu sözləri Kipr millisinin baş məşqçisi Yohan Valem UEFA Millətlər Liqasının 4-cü turunda yığmamızla keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, qolsuz başa çatan görüşü belə dəyərləndirib: "Bəlkə onlar bacardıqlarının daha artığını etmək istədilər. Oyunda səbrli ola bilmədilər. Penalti epizodu oyunun qırılma anı oldu. Qapıçımız penaltini dəf etməklə bizi xilas etdi. Bu həmçinin futbolçularımızın fantastik mentaliteti olduğunu göstərir. Daha yaxşı oynamaq, onların oyununu inkişaf etdirmək üçün tədricən komanda olmağın açarını tapmalıyıq. Heyətimizdə gənc futbolçular çoxdur və məncə, biz bir az da intensivliyi və emosiyaları idarə etməyi bacarmalıyıq”.
 

Daha çox


Son xəbərlər